Qısa məzmun
Ə/h 700-1000 AZN. LİBRAFF MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək; gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
- İşçilər haqqında obyektiv rəy vermək;
- Şirkətin dəyərlərinə uyğun mağazaların idarəedilməsinə dair yeni standartlar və qaydalar müəyyən etmək;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
- Müştəri şikayətləri əsasında araşdırmalar aparmaq;
- Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
- Satışları artırmaq məqsədi ilə Marketinq və PR tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Kitab məhsulları üzrə biliklər, trendlər haqqında məlumatlı olmaq – mütləq şərtdir;
- Kitab satışı sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- Mağaza idarəçiliyi sahəsində azı 3 illik iş təcrübə – mütləqdir;
- Müştərilərlə davranış qaydaları və satış texnikaları biliyinə malik olmalı;
- Azərbaycan dilini səlis, yaxşı səviyyədə rus, ingilis dillərini bilməli.
- Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi;
- Aktiv, çalışqan, zəhmətkeş olmalı.
Əmək haqqı: 700 – 1000 AZN
İş yeri: əsasən mağazalarda
İş qrafiki: 6 gün
Namizədlər müraciətləri human.resources@libraff.az email ünvanına yollaya bilərlər.
QEYD: mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...