Qısa məzmun
Kibrit şirkəti Satış Meneceri (B2B Sales Manager) vəzifəsi üzrə vakansiya elan edir.
Satış nümayəndəsi olaraq siz Kibrit-də aşağıdakılarla məşğul olacaqsınız:
- Əvvəlcədən müəyyən edilmiş məqsədlərə və kvotalara çatmaq üçün nəzərdə tutulmuş ətraflı biznes planları hazırlamaq
- Müştərinin axtarışından yekun razılaşmaya qədər bütün satış dövrünü idarə etmək
- Şəxsi və peşəkar əlaqələr vasitəsilə satış üçün yeni imkanlar yaratmaq və onları uzunmüddətli tərəfdaşlıq əlaqələrinə çevirmək
- Məhsulları potensial müştərilərə təqdim etmək
- Müştərilərin sadiqliyini (loyallığını) artırmaq üçün onlara peşəkar satış sonrası dəstəklə təmin etmək
- Müştərilərin ehtiyaclarını anlamaq və təmin etmək üçün onlarla daim əlaqə saxlamaq
- Müştəri məmnuniyyətini qazanmaq və şirkətin nüfuzunu qorumaq üçün şikayətlərə cavab vermək və problemləri həll etmək
- Müqavilələr bağlamaq, satış və məlumatların qeydlərini aparmaq
Bu vəzifədə sizdən ilkin gözləntilərimiz:
- Qısa müddət ərzində çox sayda “merchant”-lar (partnyorlar) qoşmaq
- İOKİO karlarının korporativ satışında qoyulan hədəflərə çatmaq
Tələb olunan bilik və bacarıqlar:
- Müştərilərlə iş və ya satış/müştəri xidmətləri üzrə təcrübə
- Bazar araşdırması, satış və danışıqların aparılması prinsipləri haqqında biliklər
- Əla ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı
- İşgüzarlıq
- Satış sahəsinə xüsusi həvəs
- Biznesin idarə edilməsi, satış və ya marketinq üzrə ali təhsil
- Azərbaycan və rus dilində səlis nitq bacarığı
- Müştəriyə oriyentasiya
- Komandada işləmək bacarığı
- MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı
Aşağıdakı keyfiyyətlər/bacarıqlar üstünlükdür:
- CRM proqram təminatı (məs. Salesforce) biliyi
- İngilis dili
- Satışla bağlı “network”-un (əlaqələrin) olması
Kibrit-də sizin gələcəyiniz bu cür olacaq:
- Şəxsi inkişaf imkanınız olacaq – daim öyrənəcəksizniz, çox şey öyrənəcəksizniz!
- İnsanların həyatını rahatlayacaq və rəngləndirəcək layihədə iştirak edəcəksiniz.
- Humanokratik təşkilatda işgüzar, sərbəst və rahat iş mühitində işləyəcəksizniz.
Şərtlər, əlavə imtiyazlar (Benefits):
- Rəqabətli əməkhaqqı: fiks + satışdan faiz
- Korporativ nömrə
- Azərbaycanın ən yaxşı sığorta şirkətlərin birindən (“A-Qrup Sığorta”dan) Tibbi sığorta
- Ofisdə nahar yeməyi (şirkətin hesabına), çay/qəhvə
- Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)
Vakansiyaya uyğun namizədlər 30.04.2022 tarixinədək CV-lərini “B2B Sales Manager” başlığı (subject) ilə e-mail ünvanına göndərə bilər.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...