Qısa məzmun
Baku Electronics LTD Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
“Baku Electronics” 28 iri formatlı mağazaları, ölkə üzrə diler şəbəkəsi, ekspress alış-veriş məntəqələri və onlayn satış üzrə Qafqaz regionunun ən böyük istehlakçı elektronikası üzrə pərakəndə satış şirkətlərindən biridir.
Pərakəndə Satış Departamentimiz hal-hazırda “Satış Məsləhətçisi” vakansiyasına namizəd axtarışındadır! Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!
Xüsusi tələblər:
- Orta və ya ali təhsil;
- Müxtəlif məhsul kateqoriyalarının (elektronika, məişət texnikası, ev üçün əşyalar və s.) satışı üzrə minimum 6 aylıq iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərini bilməsi arzu olunandır);
- Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
- Aktiv satış bacarığı;
- Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq;
- Problemləri effektiv şəkildə həll etmək;
- Gərgin iş qrafikində işləmək və stresə davamlılıq.
Vəzifə öhdəlikləri:
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək;
- Müştərilərdən məlumatları toplamaq, təhlil etmək və təkliflər vermək;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
- Məhsulu müştəriyə təqdim etmək;
- Mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında müştəriyə ətraflı məlumat vermək;
- Müştərilərin tələb və suallarını diqqətlə dinləmək;
- Məhsullar haqqında məsləhətlər vermək və alış üçün seçimləri təklif etmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək;
- Satışın artırılması məqsədilə müştəriləri daim inandırmaq və məlumatlandırmaq.
- Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Satış Məsləhətçisi” və uyğun olan bölgəni qeyd etməklə cv@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...