Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Embawood Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır.
1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 24 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.
Vəzifə adı: Satış məsləhətçisi
Iş qrafiki : 6 günlük / saat 10:00 – 19:00
İş yeri: Bakı, Azərbaycan
Işin təsviri :
- Mağazaya gələn müştəriləri professional şəkildə qarşılanması
- Müştəri ilə ünsiyyət quraraq, ehtiyacları haqqında məlumatın əldə edilməsi Müştəri ehtiyacına uyğun məhsulun müştəriyə təqdim edilməsi
- Müştərilərə məhsul qiymətləndirməsi, xüsusiyyətləri və istifadəsi haqqında məlumatın verilməsi
- Satışların doğru və sürətli şəkildə tamamlanması və müştərinin yola salınması
- Müştərilərdən gələn məhsul qaytarma və dəyişmə əməliyyatlarının reallaşdırılması
- Müştərilərin kampaniya ilə endirimlər haqqında məlumatlandırılması və istiqamətləndirilməsi
- Mağazaya gələn telefon çağırışlarını cavablandırılması
- Mağazanın vitrin, rəf və dəzgahlarının nizamının təmin edilməsi
Tələblər :
- Ali və ya orta texniki təhsil
- Müvafiq sahə üzrə iş təcrübəsi
- Ünsiyyət qurma və təqdim etmə bacarığı
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Satış məsləhətçisi” qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com
Oxşar vakansiya siyahısı:
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bonamed MMC şirkəti Satış üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...