Satış məsləhətçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.

Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur.
“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Tələblər:

  • Təhsil: Ali və ya orta;
  • Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
  • Satış təcrübəsi arzu olunandır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Satış qabiliyyəti olmalı;
  • Məhsulları təqdim etmək bacarığına malik olmaq.

Əsas vəzifələr:

  • Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
  • Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

Biz Sizə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;
  • Ödənişsiz təlimlər;
  • Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər “Satış məsləhətçisi (Masallı)” qeyd edərək CV ilə recruitment@optimal.az ünvanına müraciət edə bilərlər.

Oxşar vakansiya siyahısı:

450₼
Satış məsləhətçisi

Barkod Electronics Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Barkod Electronics

27.11.2024 - Bakı

Merçendayzinq

Bravo Supermarketlər şəbəkəsi Merçendayzinq işləri üzrə köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azerbaijan Supermarket LLC

27.11.2024 - Bakı

550₼
Satış üzrə məsləhətçi

Xahiş edirik, “Satış üzrə məsləhətçi” vakansiyamızın saytınızda dərc olunmasına dəstək olasınız: İş barədə məlumat İş əsnasında ...

chinarretail

26.11.2024 - Bakı

400 — 1000 ₼
Satıcı

Ritm Mebel şirkəti Satıcı vəzifəsi üçün vakansiya elan edir. ...

Ritm Mebel

26.11.2024 - Bakı

Satış koordinatoru (Sumqayıt)

Embawood şirkəti Satış koordinatoru (Sumqayıt) vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

26.11.2024 - Sumqayıt

Merçandayzer ( Sumqayıt ərazisi üzrə)

İnci Group Of Commpanies Merçandayzer ( Sumqayıt ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.11.2024 - Sumqayıt

Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)

Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

22.11.2024 - Bakı

Merçendayzer

Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...

Abşeron-Şərab ASC

22.11.2024 - Bakı

700 — 1000 ₼
Korporativ Satış Meneceri

İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

22.11.2024 - Bakı

550₼
Satış məsləhətçisi (təcrübəçi)

Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...

Zeta Group

21.11.2024 - Bakı

600 — 1100 ₼
Satış Mütəxəssisi

Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Çinici

20.11.2024 - Bakı

600₼
Satış təmsilçisi

AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

18.11.2024 - Bakı