Satış müdiri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZDIZAYN GROUP Satış müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Namizədə olan tələblər:

  • Bakalavr;
  • Satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
  • Kompüter bilikləri (MS Office, Micro);
  • Planlama bacarığı;
  • İdarəetmə bacarığı;
  • Araşdırma bacarığı;
  • Ünsiyyətcillik;
  • Təqdimetmə bacarığı;
  • Təmsiletmə bacarığı;

İş haqqında məlumat:

  • Satış komandasının idarə edilməsi, gündəlik olaraq tapşırıqların verilməsi
  • Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, komandaya bildirilməsi
  • Aylıq satış planlarının gündəlik olaraq bölüşdürülməsi
  • Ehtiyac duyulan satış komandası əməkdaşlarına (Yeni işçilərə) təlimlərin keçirilməsi
  • Şirkət və müştəri münasibətlərinin yaradılması, inkişaf etdirilməsi və idarə edilməsi
  • Rəqiblərin araşdırılması, bazar analizinin aparılması
  • Gündəlik satışlarda endirimlərin edilməsi
  • Satışı zəif olan məhsullara hədəfin qoyulması
  • Satış komandasının həvəsləndirilməsi, motivasiya tədbirlərinin görülməsi
  • Anbar qalıqlarının satışının həyata keçirilməsi üçün qiymətlərin müəyyənləşdirilməsi
  • Qiymət təyini prosesində iştirak edilməsi
  • Müştəri debitor borclarının idarə edilməsi
  • Çatdırılma zamanı yaranmış problemlərin həll edilməsi
  • Vitrinlərin yığılmasının təmin edilməsi
  • Operator və sürücülərin işinin düzgün şəkildə koordinasiyasının təmin edilməsi
  • Nəqliyyatla bağlı yaranmış problemlərin həll edilməsi və nəqliyyat xərclərinə nəzarət edilməsi
  • Rəhbərliyə mütəmadi olaraq hesabatların verilməsi
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Yanacaq və amortizasiya xərcləri
  • Əmək haqqı 2500 AZN+ (Sabit hissə + satışdan bonus olmaqla satışdan aslı olaraq dəyişir)

Vakansiyaya müraciət üçün CV-ləri “Satış müdiri” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Satıcı -məsləhətçi

Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

17.01.2025 - Bakı

Xəzinədar

ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

17.01.2025 - Bakı

Satıcı

Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Ofisait

17.01.2025 - Bakı

Ekspeditor / Satış Təmsilçisi

Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Ofisait

17.01.2025 - Bakı

550 — 600 ₼
Satıcı

Grabstar mağazalar şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Grabstar

15.01.2025 - Bakı

600 — 1100 ₼
Satış Mütəxəssisi

Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Çinici

15.01.2025 - Bakı

600₼
Satış təmsilçisi

AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

15.01.2025 - Bakı

Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

15.01.2025 - Bakı

800 — 1500 ₼
Satış meneceri

AzəriMed Satış meneceri vəzifəsi üzrə vakansiya elan edi ...

AzəriMed QSC

09.01.2025 - Bakı

600₼
Satış təmsilçisi

AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

08.01.2025 - Bakı

Satış təmsilçisi

ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

06.01.2025 - Bakı

Satıcı

İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

06.01.2025 - Bakı