Qısa məzmun
Buta Group Satış müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Təcili olaraq aşağıdakı şərtlər üzrə “SATIŞ MÜDİRİ” tələb olunur.
Vakansiya haqqında:
- İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
- İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
- İşə başlama tarixi: Təcili
- Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
- Satış strategiyasının hazırlanması və icrasına birbaşa nəzarət edir;
- Müştəri bazasını təkmilləşdirir və yeni məhsulları təbliğ edir;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini icra edir;
- Bölgə rəhbərləri və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirir və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləyir;
- Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət edir,mütəmadi ezamiyyəyə gedir;
- Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət edir;
- Potensial müştərilər ilə əlaqə qurur və görüşlər keçirir və digər satış təmsilçiləri və bölgə rəhbərlərinin bu sahədəki işlərinə nəzarət edir;
- Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olur və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparır;
- Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə satış heyətinin mütamadi iştirakını təmin edir;
- Bazar araşdırmalarının aparır, yeni təkliflər verir;
- Hər ayın əvvəli keçən ayın satış hesabatlarını direktora təqdim edir.
Təhsil və iş təcrübəsi:
- Ali təhsil (Menecment, Aqronomluq sahəsinə üstünlük verilir);
- Azərbaycan dilində səlis danışıq, rus dili azuolunandır;
- Satış sahəsində 5 il (kənd təsərrüfatı profili üzrə) və rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
Bacarıq və səriştələr:
Təşkilatçılıq, idarəçilik bacarığı
• Güclü ünsiyyət, idarəetmə, analitik düşünmə və problemləri həll etmə bacarığı;
• Biznes planlaşdırma, təhlil və hesabat hazırlaya bilmə bacarığı
• Komanda idarəetmə bacarığı;
• Ms. Office programları
Təminatlar:
- Telefon limiti
- Nəqliyyat xərcləri
- Bilməlidir
- Satışın qaydaları, əsasları və strukturu barədə biliklər;
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi hr@butagroup.com e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Satış müdiri” qeyd etməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
İnci Group Of Commpanies Merçandayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
ОБЯЗАННОСТИ: • Общение с клиентами и презентация товаров • Предоставление клиентам полной ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Məsləhətçisi (Mebel-tekstil) ...
"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Əhmədli filialı üzrə "Satış məsləhətçisi" vakansiyasını el ...
Sağlam Ailə” tibb mərkəzi Tibbi koordinator (çağrı mərkəzi) vakansiyası elan edir. ...