Qısa məzmun
Azprotein Foods Group Satış Müdiri vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət bacarıqları olmalıdır.
Namizədə Tələblər:
- İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili sahəsində ali təhsil üstünlükdür
- Satış və ya kommersiya sektorunda ən azı 3-5 il iş təcrübəsi
- Azərbaycan və Rus dillərində səlis danışıq
- Mükəmməl liderlik və idarətmə bacarıqları;
- Yüksək və effektiv ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- MS Office proqramlarında sərbəst işləmə qabiliyyəti
- Yüksək analitik düşüncə, problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
- Fərdi və komanda şəklində effektiv çalışma bacarığı
Vəzifə öhdəlikləri:
- Satış departamenti üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
- Şöbənin strateji hədəflərinin və satış planlarını hazırlamaq
- Yeni satış metodologiyaları, bazara təşviq sxemləri və texnikalarını tətbiq etmək, inkişaf etdirmək
- Yeni müştəriləri aşkar etmək və müştərilərlə yeni biznes münasibətləri qurmaq
- Müqavilələr və sazişlər, biznes-planları və kommersiya şərtlərinin hazırlanmasında iştirak etmək, icrası üçün nəzarət etmək, mümkün risk dərəcəsini qiymətləndirmək
- Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq
- Yeni məhsul və xidmətlər barəsində mütamadi olaraq danışıqlar aparmaq
- Məhsullara olan tələbat, onun dəyişmə səbəblərinə (artım və azalma) əsasən məlumatların toplanmasını təşkil etmək, alıcıların tələbatını təhlil etmək
- Məhsulların satış şəbəkəsinin yaradılması və təşkili üzrə tədbirləri həyata keçirmək (məhsulların istehlakçılara doğru hərəkət kanallarının hazırlanması və qurulması; topdansatış və pərakəndə ticarət müəssisələri və digər vasitəçilərlə əlaqələrin qurulması; diler münasibətlərinin inkişafı).
Əmək haqqı: 2000 – 2500 AZN (təcrübəyə əsasən).
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis işləyir (Müəssisə Buzovna qəsəbəsində yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Bakı Oksigen Kompani ASC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group Mağaza menecerinin müavini (Toys shop) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsi Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400-500 AZN. LİBRAFF MMC Satış üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...