Qısa məzmun
AZ Dizayn Group Satış müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Planlama bacarığı;
- İdarəetmə bacarığı;
- Araşdırma bacarığı;
- Ünsiyyətcillik;
- Təqdimetmə bacarığı;
- Təmsiletmə bacarığı;
- Tikinti məhsulları satışı sahəsi üzrə iş təcrübəsi mütləq olmalıdır.
İş haqqında məlumat:
- Müəssisənin illik planının tərtib olunması və rəhbərlik ilə razılaşdırılması;
- Qarşıya qoyulmuş satış hədəflərinə çatmaq üçün mütəmadi olaraq satış komandasının nəticələrinin təhlil edilməsi, onlarla gündəlik yoxlamaların keçirilməsi və gələcək üçün satış proqnozlarının verilməsi;
- Satışların artırılması üçün daima yeni strategiyaların və metodların üzərində çalışılması;
- Satış əməkdaşlarının işə götürülməsi prosesində iştirak, iş prosesinin öyrədilməsi, onlara fərdi hədəflərin qoyulması və daim hədəfə fokuslanması üçün motivasiya edilməsi;
- Ehtiyac duyulan satış komandası əməkdaşlarına (Yeni işçilərə) təlimlərin keçirilməsi
- Satış komandasının idarə edilməsi, gündəlik olaraq tapşırıqların verilməsi
- Satış əməkdaşlarının mütəmadi olaraq iş fəaliyyəti ilə bağlı hesabatlarının alınması;
- Satış komandasının təlim ehtiyaclarının aşkar edilməsi və bacarıqlarının inkişaf etdirilməsi üçün planın tərtib olunması;
- Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, komandaya bildirilməsi
- Vitrinlərin yığılmasının təmin edilməsi
- Rəhbərliyə mütəmadi olaraq hesabatların verilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı: 1000-1500
Vakansiyaya müraciət üçün CV-ləri “Satış müdiri” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Məsləhətçisi (Mebel-tekstil) ...
"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Əhmədli filialı üzrə "Satış məsləhətçisi" vakansiyasını el ...
Sağlam Ailə” tibb mərkəzi Tibbi koordinator (çağrı mərkəzi) vakansiyası elan edir. ...
Çinici şirkəti Mağaza müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mister Wood Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Bakı Oksigen Kompani ASC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group Mağaza menecerinin müavini (Toys shop) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsi Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...