Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Code Academy Satış Mütəxəssisi / Proqram Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Təqdimat bacarığı olmalıdır.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/ks4qvp77
Təsvir:
- Code Academy-nin tədris proqramlarının hədəflərə uyğun satışını təşkil etmək
- Namizədlərlə onlayn və ya oflayn görüşlər keçirmək
- Namizədlərin təhsil ehtiyaclarını düzgün analiz edərək onları uyğun tədris proqramlarına cəlb etmək
- Fərdi və korporativ namizədlərin qeydiyyat prosesini təşkil etmək
- Namizədlər bazasını idarə etmək
- Aylıq satış hesabatlarını hazırlamaq və təqdim etmək
- Satışın tələblərinə uyğun yeni tədris qruplarının və proqramlarının yaradılmasını təklif etmək.
İş rejimi 5 günlükdür və növbəli iş qrafiki ilədir. İş saatları 10:00-19:00, 11:00-20:00 arasıdır.
Vəd etdiklərimiz:
- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
- Kompyuter, mobil telefon və korporativ nömrə
- Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Rəqabətə davamlı əmək haqqı və satışa görə bonus
Tələblər:
- Satış üzrə ən az 1 il, ümumi isə ən az 2 il iş təcrübəsinin olması
- Satışın psixologiyası və prinsipləri yaxşı bilmək
- Yüksək səviyyədə görüşlərin, danışıqların aparılması üzrə bacarıqlar
- Güclü təşkilatçılıq və vaxtı idarəetmə bacarığı
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Aktiv dinləmə qabiliyyəti
- Komanda şəklində işləmə qabiliyyəti
- Azərbaycan dilini əla, rus və ingilis dillərini minimum orta səviyyədə bilmək
- Ofis proqramlarında yaxşı işləmə bacarığı
- Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
- Analitik düşünmə qabiliyyəti, sürətli qərar verə bilmək
- Problem həlletmə bacarığı
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...