Qısa məzmun
Life Fitness (Show Room) – “Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi” vakansiyasını elan edir.
Namizədə tələblər:
- Yaş: 20-35
- Təhsil: Orta/Ali
- İş təcrübəsi: Satış sferasında +1 il
- Dil bilikləri: Azərbaycan , Rus (səlis) , İnglis
Şəxsi keyfiyyətlər:
- Fitnes avadanlıqlarından anlayışlı;
- Fitneslə məşğul olan, fit görünüşlü;
- Nitq mədəniyyətli;
- Yüksək təqdimat bacarıqlı;
- Komanda yönümlü.
Əsas vəzifə öhdəlikləri:
- Satış texnikasının professional üslublarından effektiv istifadə etmək;
- Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
- Bölmənin imicinin saxlanılması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrin və s.);
- Səliqəli görünüşü təmin etmək (forma,gigeyena, və s.).
- Müştəri bazasının genişləndirilməsində fəal iştirak etmək;
- Uğurlu satış həyata keçirilməsi üçün bölmənin həmkarları ilə fəal əməkdaşlıq etmək, həmçinin müvafiq qaydada məlumat mübadiləsi aparmaq;
- Mağazada və anbarda olan malların qiymətlərinin, ölçülərinin, miqdarının və s. məlumatları bilmək və müştərilərə dəqiq məlumat vermək.
İş şərtləri:
- İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Əmək haqqı: 500-600 AZN
- İş yeri: Port Baku
Maraqlanan şəxslər öz CV formalarını hrm@zeta.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını “Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi” qeyd etməyiniz xahiş olunur.)
Oxşar vakansiya siyahısı:
Bakı Oksigen Kompani ASC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group Mağaza menecerinin müavini (Toys shop) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsi Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400-500 AZN. LİBRAFF MMC Satış üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...