Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azersun Holding Satış planlama (süd məhsulları) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə aid tələblər:
- Ali təhsilli olmalı (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
- Süd məhsullarının satış planlaması üzrə ən azı 3 illik təcrübəsi olmalı;
- MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.
İş haqqında məlumat:
- Satış və Bazar Araşdırması qruplarından gələn təxmini plan çərçivəsində həftəlik,aylıq və ya illik olmaqla istehsal planlanını hazırlamaq;
- Plana əsasən məhsulun zamanında istehsala daxil olmasına nəzarət etmək;
- Əldə olan və yeni təmin edilən məhsulun stokda saxlanılaraq doğru şəkildə bölüşdürülməsini həyata keçirtmək;
- İstehsal olunmuş məhsulun stok miqdarını təqib etmək və stok miqdarı azalan məhsulların istehsal planını vermək;
- Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən etmək;
- Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq;
- Tələb olunan məhsulların sifarişinin keçilib-keçilmədiyini yoxlamaq;
- İstehsalat proqramı daxilində sifariş edilmiş məhsulların istehsal olunmasını yoxlamaq;
- İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalının həyata keçirilməsini tələb etmək;
- Xüsusi kampaniyalar zamanı istehsal olunacaq məhsulların siyahısını hazırlamaq;
- Fabrikə verilmiş plana əsasən istehsal edilməyən məhsulları təqib etmək və səbəbini aydınlaşdırmaq;
- Rəf ömrü qısa olan süd məhsullarının planlamasını məhsul artıqlığı yaratmayacaq şəkildə planlaşdırılması;
- İstehsal,satış,geri qaytarma,gerçəkləşmə və digər lazımi raportları hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (Satış planlama (süd məhsulları) üzrə mütəxəssis) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Togas Tekstil Evi Satıcı - konsultant / məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Merçandayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
ОБЯЗАННОСТИ: • Общение с клиентами и презентация товаров • Предоставление клиентам полной ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Məsləhətçisi (Mebel-tekstil) ...