Qısa məzmun
Veysəloğlu Şirkətlər Qrupu Satış şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Marketinq və satış sahəsində 5 ildən yuxarı idarəetmə təcrübəsi
Təhsil: Ali (İdarəetmə və İqtisadiyyat sahəsində), Magistr dərəcəsi üstün tutulur
İşin Təsviri: Şöbə tərəfindən yerinə yetirilən fəaliyyətləri idarə edir.
Vəzifə öhdəlikləri:
- Bazar analizlərinin (mal növləri-qiymətlər-trendlər-dəyişimlər) mütəmadi və düz olaraq araşdırılması, fərqli kanallar ilə bu bilgilərin kontrol edilməsini həyata keçirmək;
- Təyin olunmuş boş kateqoriyalarda və ya bazarda satış həcmi qazanıla biləcək araşdırmaların aparılmasını təşkil etmək və satışa nəzarət etmək;
- Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək;
- Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək;
- Fəaliyyəti ilə əlaqədar digər struktur bölmə vahidləri ilə koordinasiyanı təşkil etmək;
- Marketinq Şəxsi Marka məhsuldarlığının idarə olunmasını təmin etmək;
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;
- Şöbə əməkdaşlarının fəaliyyətinə nəzarət və davamlı inkişaf etdirilməsinin təmini
- Şirkət prinsiplərinə uyğun olaraq şirkətin şəxsi markalarının ümumi dövrüyyədə payını artırmağa xidmət etmək;
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təşkil etmək;
- Satış strategiyasının (İstiqamət üzrə) tətbiq planının hazırlanması və icrasına nəzarətin təşkili
Tələblər:
- Aparıcı Şirkətlərdə 5 ildən yuxarı idarəetmə təcrübəsi
- Marketinq, Satış,Ümumi və Strateji idarəetmə sahəsində təlim keçən sertifikat alanlara üstünlük verilir;
- MS Word, MS Excel, MS PowerPoint, MS Visio, ERP proqramlar biliyi;
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Satış şöbə müdiri” yazmaqla müraciət edilir.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Iceland Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
Iceland 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
ABC-Pharm Məhsul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
ABC-Pharm Regional OTC qrup üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...