Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MiX İnşaat” MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
“MiX İnşaat” MMC-nin “Master Builders Solutions Azerbaijan” MMC (əvvəlki adı ilə BASF Caspian)-nin diller şirkəti olmaqla, Azərbaycanda fəaliyyətdədir. Bütün inşaat sahələrini yüksək keyfiyyətli Alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir.
Şirkətimiz inşaat kimyavilərindən: beton qatqıları, kafel/metlax yapışdırıcıları, normal və geniş aralıq doldurucuları, təmir materialları, su izolyasiya sistemləri, epoksid və poliuretan dam və döşəmə sistemləri və sərtləşdiriciləri, gücləndirmə sistemləri, suvaqaltı astar materialları və digər müasir tikinti materialları satışını və işçiliyini həyata keçirir.
Namizədə tələblər:
- Ali təhsil;
- İnşaat və tikinti materialları satışı sahəsində minimum 3 illik iş təcrübəsi;
- B2C və B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklər;
- Rus və ya İngilis dili üstünlük kimi qiymətləndirilir;
- Microsoft Office proqramlarının biliyi;
- Yaradıcı, məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
- Analitik düşünmə bacarığı;
- Müştəriyönümlü satış bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
Satış təmsilçisinin vəzifə öhdəlikləri:
- Müştərilərlə əlaqələrin inkişafı və dəstəyi;
- Danışıqların aparılması;
- Müştərilər üçün kommersiya təkliflərin hazırlanması;
- Satışların proqnozlaşdırılması;
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
- Müştərilərin profilini yaradılması və yenilənməsi;
- Görüş hesabatlarının hazırlanması;
- Fəal satışların koordinasiyası.
İş qrafiki: 09:00 – 18:00 (5 günlük iş qrafiki), /xüsusi hallarda 6-cı gün 09:00-14:00
Ünvan: Nərimanov rayonu,Heydər Əliyev pr.95 Qafqaz İş Mərkəzi,2-ci mərtəbə
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Tərcümeyi-halınızı 27 fevral 2021-ci il tarixindən gec olmamaq şərti ilə uzeyir.seyfullayev@mixinsaat.az elektron ünvanına subject/mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Iceland Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
Iceland 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
ABC-Pharm Regional OTC qrup üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...