Qısa məzmun
Azerbaijan Fish Farm MMC Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. Yüksək səviyyədə ünsiyyət bacarıqları olmalıdır.
Namizədə Tələblər:
- Orta və ya orta ixtisas təhsili;
- Minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır);
- Qida sənayesində, pərakəndə satış üzrə təcrübə;
- MS office üzrə biliklər;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı.
Vəzifə üzrə öhdəliklər:
- Çalışdığı pərakəndə satış məntəqəsinin məhsullarının satışının artırılmasına vəzifə öhdəlikləri daxilində yardımçı olmaq;
- Məsul olduğu mağazada satılan məhsullar barədə bilikli olmaq;
- Müştərilərin məhsullar barədə hər növ suallarını dəqiq, düzgün və vaxtında cavablandırmaq;
- Müştərilər tərəfindən gələn tələb, təklif və şikayətləri yerində qəbul etmək və ya məsul şəxslərə yönləndirmək;
- Malların rəflərdəki yerinin standartlara, təyin edilmiş qiymətlərə uyğunluğunu və istifadə müddətinin artma sırasına (FİFO) mütənasib düzülüşünü təmin etmək;
- Zədələnmiş, yararsız, texniki göstəriciləri silinmiş və ya istifadə müddəti bitmiş məhsullar aşkar etmək və onları rəflərdən qaldırmaq və ya məsul şəxsi məlumatlandırmaq;
- Oğurluq hallarına qarşı ayıq olmaq və mağaza daxilində hər hansı şübhəli hərəkət barədə şirkətin təhlükəsizlik xidməti əməkdaşlarına məlumat vermək;
- Anbardan mağaza göndərilən məhsulları SƏTƏM qaydaları çərçivəsində təhlükəsiz şəkildə satış ərazisinə gətirmək;
- İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək;
- Müstəsna xidmət göstərmək məqsədilə daim səliqəli, şirkət tərəfindən verilmiş uniformada (təmin olunmadıqda ağ-qara geyimli formada) olmaq, müştərilərə təlimata uyğun gülərüz, yardımsevər, nəzakətlə yanaşmaq və yola salmaq;
- Müştərilərə kassada xidmət göstərmək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğunsuzluqlar barədə məsul şəxslərə məlumat vermək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 6 günlük
- İş yeri: Bakı şəhəri (Baku Caviar Boutique)
Vakansiyaya müraciət üçün CV-ləri “Satış təmsilçisi” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Sağlam Ailə” tibb mərkəzi Tibbi koordinator (çağrı mərkəzi) vakansiyası elan edir. ...
Çinici şirkəti Mağaza müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mister Wood Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Bakı Oksigen Kompani ASC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group Mağaza menecerinin müavini (Toys shop) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsi Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400-500 AZN. LİBRAFF MMC Satış üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...