Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Collezione Italia Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. Planlaşdırma, analiz və idarəetmə bacarığı olmalıdır.
Tələblər:
- Premium seqmentdə ən az 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti;
- MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Satış texnikası haqqında biliyin olması;
- Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
Vəzifə öhdəlikləri:
- Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
- Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
- Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
- Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
- Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
- Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
- Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
- Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
- Şirkətin qərar verdiyi bütün treyninqlərdə iştirak;
- Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;
- Sərgilərdə və iş görüşlərində iştirak;
Şərtlər:
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 günlük iş qrafiki.
- İş qrafiki: növbəli 10:00-18:00; 10:00-20:00
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi ” qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...