Qısa məzmun
Başak Group şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. Satış sahəsi üzrə minimum 2 -il təcrübə vacibdir.
ŞİRKƏT HAQQINDA:
“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə,
möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə
müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə
istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ
inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum
pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata
keçirir.
Tələblər:
- Ali təhsil,
- Mövcud sahə üzrə minimum 2 il təcrübə,
- Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
- Danışıqlar aparma qabiliyyəti,
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
- 23-30 yaş aralğı,
Öhdəliklər:
- Şirkət Məhsularının satışının təşkil edilməsi,
- Mağazaya daxil olan müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi,
- Müştərilərlə daim əlaqədə olması, onların ehtiyac və tələblərinin analiz edilməsi,
- Mağazalarda məhsulun düzülüşünə, səliqəli şəkildə görünməsinin təşkil edilməsi,
- Görülən işlərin hesabatını bir başa rəhbərinə düzgün təqdim edilməsi,
- Rəhbərliyin göstərilən vəzifə üzrə digər tapşırıqlarının həyata keçirilməsi,
İş şəraiti:
- İş vaxtı: Həftə içi 6 gün 09:00–dan 18:00 dək;
- Əməkhaqqı: 400- 600 AZN + Bonus (KPİ),
- Nahar şirkət tərəfindən qarşılanır,
- Korporativ nömrə,
- Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 13
Tələblərə uyğun şəxslər CV-lərini hr@bashakgroup.az elektron poçt ünvanına mövzu hissəsinə “Satış təmsilçisi-mağaza” yazaraq göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Bakı Oksigen Kompani ASC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group Mağaza menecerinin müavini (Toys shop) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsi Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400-500 AZN. LİBRAFF MMC Satış üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...