Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sirab ASCSatış təmsilçisi (Spirtli və Spirtsiz içkilər üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Orta-ixtisas
- Kompüter bilikləri: MS Office – Başlanğıc səviyyədə;
- Dil bilikləri: Azərbaycan dili – Əla
- Yaş həddi: 22 – 30;
- Kişi namizədlər üçün B kateqoriyalı sürücülük vəsiqəsinin olması və şəxsi avtomobilin olması mütləqdir;
- Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən su və spirtli içkilər üzrə) minimum 1 il satış təcrübəsi;
- Satış sahəsində karyera qurmağı hədəf seçən.
Fərdi keyfiyyət göstəriciləri:
- Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Gərgin iş tempinə uyğunlaşa bilən;
- Planlaşdırma və problem həll etmə bacarığı;
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək;
İş barədə:
- Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
- Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq;
- Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Yeni məhsulları tanıtmaq;
- Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar) uyğun şəkildə istifadə edilməsini təmin etmək;
- Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onlara nəzarət;
- Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
- Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Fix və Satışa görə bonus;
- Yemək pulu və benzin pulu şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi;
- İş qrafiki: 6 günlük iş həftəsi, bazar günü istirahət.
Müraciət forması:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Satış təmsilçisi” yazmaqla göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...