Qısa məzmun
“Aztech and Tegeta Motors” şirkəti ödənişli “Satış üzrə təcrübəçi” vakansiyasını açıq elan edir.
“Aztech and Tegeta Motors” şirkəti ödənişli “Satış üzrə təcrübəçi” vakansiyasını açıq elan edir.
Şirkət haqqında
2017-ci il fevral ayı tarixində iki şirkət – Azərbaycana məxsus Aztech Motors və Gürcüstan şirkəti Tegeta Motors tərəfindən birlikdə qurulan Aztech & Tegeta Motors təmir, texniki qulluq və ehtiyat hissələrinin satışında aparıcı yer tutur. Azərbaycanın qabaqcıl şirkətlərindən birinə çevrilərək, qısa bir müddətdə istifadəçilərin rəğbətini qazanmışdır. Yalnız ehtiyat hissələrinin pərakəndə satışı deyil, korporativ satış ilə məşğul olan Aztech & Tegeta Motors tikinti, yük və neft sektorunda aparıcı şirkətlərlə əməkdaşlıq edir. Aztech & Tegeta Motors, Çin, Rusiya, Türkiyə və bir çox Avropa ölkələrinin keyfiyyətli məhsullarını müştərilərə təklif edərək, yüksək xidmətlə müştəri istəklərini doğrultmaqdadır.
Namizədə tələblər:
- Ali təhsil;
- Satış sahəsinə, xüsusilə də maşının ehtiyat hissələrinə, mühərrik yağlarına, təkərlərə marağın olması;
- Yüksək satış qabiliyyəti;
- Səlis ingilis dili və/və ya rus dili biliyi;
- Dəqiqlik, təqdim etmə və ünsiyyət bacarığı;
- Şəxsi avtomobil;
- Tez istehlak edilən gündəlik tələbat malları (FMCG) üzrə distribyutor şirkətlərində satış təcrübəsi arzuolunandır.
Əldə edəcəkləriniz:
- Şirkətin məhsullarının topdan satışına dair nəzəri biliklər və praktiki bacarıqlar;
- Şirkətin məhsullarının korporativ satışına dair nəzəri biliklər və praktiki bacarıqlar;
- 2 aylıq təcrübə müddətinin sonunda iş təklifi şansı;
- Əmək haqqı;
- Şirkət tərəfindən qarşılanacaq şəxsi avtomobilinizin yanacaq xərcləri və nahar.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Satış üzrə təcrübəçi” qeyd edərək ulvi.verdiyev@srgroupco.com elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...