Qısa məzmun
PAŞA Sığorta” ASC Satış kanalları üzrə assistent vəzifəsi üzrə vakansiya elan edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
- Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
- Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
- Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi
BİLİKLƏR:
- Ali təhsil – Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək
TƏCRÜBƏ:
- Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir
BACARIQLAR:
- Ünsiyyət qurmaq bacarığı
- Dəqiqlik
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
Son müraciət tarixi: 15 Yanvar 2022.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Ə/h razılaşma yolu ilə. Emsan şirkəti Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Grabstar mağazalar şəbəkəsi Satış üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Kiçik satıcı/kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
Foriella mebel İmişli mağazına Uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Kiçik satıcı/kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bonamed MMC şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Baku Steel Company anbar operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...