Qısa məzmun
Qafqaz NET LLC Satış üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Korporativ nömrə ilə təmin olunacaqdır.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır.
- Korporativ satışlar üzrə minimum 3 il təcrübə, İT avadanlıq və xidmətlər sahəsində təcrübəyə üstünlük verilir.
- Mövcud müştəri bazası olan namizədlərə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – işgüzar səviyyədə, İngilis dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office (Excel, Word və Outlook proqramlarında yüksək səviyyədə istifadə), 1C
- Mükəmməl şifahi-yazılı ünsiyyət və inandırma bacarıqları
- Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
- Müstəqil işləmə bacarığı
- Öz üzərində işləyən, inkişafa meyilli olmaq
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Satışın və bazarın analizini aparmaq bacarığı;
- Vaxtın səmərəli idarəolunması bacarığı
Vəzifə öhdəlikləri:
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
- Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək
- Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər irəli sürmək
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərə təqdim edilməs
- İş yeri: Bakı şəhəri.
- İş rejimi: 5 günlük.
- İş vaxtı: 09:00-18:00.
- Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə Menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...