Qısa məzmun
DO IT MMC şirkəti Satış üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi
- Müştərilərə şirkətin məhsulları haqqında məsləhətlərin verilməsi və təqdimatının aparılması
- Müştərilərin ehtiyaclarına uyğun olaraq kommersiya təkliflərin hazırlanması
- Potensial bazarları müəyyən etmək və satış strategiyasını təkmilləşdirmək üçün bazar araşdırmalarının aparılması
- İşgüzar görüşlərin təşkili və aparılması
- Rəhbərliyə görülmüş işlər üzrə hesabatların təqdim edilməsi
Namizədə tələblər:
- İT məhsulların satışında iş təcrübəsi (ən azı 1 il).
- Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
- Strateji düşüncə və müştərilərlə uzunmüddətli qarşılıqlı faydalı əlaqələr qurmaq bacarığı.
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
- Ali təhsil (menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir)
Əmək şəraiti
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 – 18:00;
- Mehriban və peşəkar kollektiv;
- Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
- Karyera inkişafı imkanları;
- Rəqabətli əmək haqqı və bonus sistemi;
- Peşəkar təlimlərdə iştirak.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış üzrə menecer” və mətn hissəsində gözlənilən əmək haqqını qeyd etməklə göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...