Qısa məzmun
TELSAT MMC şirkəti Satış və Biznesin İnkişafı Üzrə Menecer vakansiyasını elan edir.
İş barədə məlumat:
- Şirkətin strateji marketinq planının icrasını həyata keçirmək
- Bazara nüfuz və müqayisə etmə fəaliyyəti
- Mütəmadi bazarın monitorinqini həyata keçirtmək, rəqiblərin qiymət və marketinq təkliflərini araşdırmaq
- Şirkətin tanıdılması üçün araşdırmaların edilməsi, yeni ideyaların hazırlanması, təkliflərin verilməsi
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək
- Korporativ satış ilə bağlı bazar araşdırılmalarının aparılması
- Qoyulmuş hədəflərə əsasən xidmətlərinin satışı və müştəri portfelinin böyüdülməsi
- Potensial müştəri və tender axtarışında iştirak etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onlara zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
- Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması
- Müştəri rəylərinə əsaslanaraq yeni təkliflərin hazırlanması
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- İş rejimi:həftənin 5 günü, saat 10:00-dan 18:30-dək
- Əmək haqqı: sabit əmək haqqı + bonus
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Namizədə tələblər:
- Marketinq, onlayn satış və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Tələblərin toplanması, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə
- Güclü təhlil, məntiq və riyazi bacarıqlar
- Layihələrin idarəetmə və təqdimat bacarığının olması
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Komandada və fərdi şəkildə işləmək bacarığı
- Müştəri ilə əlaqələrin yüksək səviyyədə təşkili
- İngilis və Rus dilləri arzu olunandır
- Ünsiyyətcil, gülərüz
- Azərbaycan dilində fikrini rahat ifadə etmə bacarığı (rus dili biliyi olanlara üstünlük verilir)
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı olan kişi və ya qadın namizədlər müraciət edə bilər
CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır. Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi rica olunur. Zəhmət olmasa CV-lərinizi hr@telsat.az -mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Biznesin inkişafı üzrə menecer” qeyd etməyi unutmayın.
Qeyd: Elektronika, elan, onlayn biznes sahələrində işləmiş namizədlərə üstünlük verilir
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...