Satış və Kredit Bölməsinin Aparıcı Mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azersun Holding Satış və Kredit Bölməsinin Aparıcı Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə aid tələblər:

  • Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
  • Ali iqtisadi və ya hüquqi təhsil üzrə azı 1 il, ali təhsil üzrə 2 il bank stajı olmalı ;
  • Azərbaycan, Rus və İngilis dillərini (digər dil biliklərinin olması üstünlük təşkil edir) bilməli;
  • Microsoft Office proqramları və bank proqramını bilməli;
  • Bank işi və müvafiq sahə üzrə yerli və beynəlxalq sertifikatların olması üstünlükdür;
  • Ünsiyyət qurmaq və müştərini tanımaq, işgüzar danışıqlar aparmaq, analitik düşünmək bacarıqları olmalı;
  • Yerli iqtisadi şəraiti və bazarı, habelə bank qanunvericiliyini bilməli.

İş haqqında məlumat:

  • Bütün əməliyyatları bank proqramı vasitəsi ilə icra etmək;
  • Elektron hökümət portalından müştərilərin qeydiyyatını həyata keçirmək, təqdim edilən əmək haqqı və sairə arayışları yoxlamaq(təsdiqləmək);
  • Əməliyyat gününün sonunda özü və tabeçiliyində olanlar tərəfindən icra edilmiş bütün əməliyyatları yoxlamaq;
  • Göstərilmiş xidmətlərə görə faizləri və komisiyaları təyinatı üzrə tutmaq(sistemdə onaylamaq və ya giriş etmək);
  • Müştəri və onların hesabları ilə əlaqədar rəsmi dövlət orqanlarından, hesab sahiblərindən və üçüncü şəxslərdən gələn sorğu/məktub/sərəncam/qərar və digər sənədləri qəbul etmək, araşdırmaq, aidiyyatı üzrə yönləndirmək, cavablandırmaq, tələb olunduğu halda müştərilərin hesablarına blok qoymaq və götürmək;
  • Ticarətin maliyyələşdirilməsi (idxal, ixrac, zəmanətlər və s.) ilə əlaqədar kredit xəttinin rəsmiləşdirilməsini həyata keçirmək;
  • Bütün növ kreditləri (nağd, qeyri-nağd, biznes, istehlak, kredit kart və sairə) rəsmiləşdirmək;
  • Bankın siyasəti çərçivəsində müəyyənləşdirilən kriteriyalara uyğun potensial və effektiv müştəriləri müəyyən etmək və Banka cəlb etmək;
  • İpoteka ilə yüklü edilməsi(girov alınması) qərar verilmiş(təklif olunmuş) əmlakların(təminatların) ekspertiza və sairə sənədlərini yoxlamaq(eyniləşdirmək) və təminatların düzgün rəsmiləşdirmə və dövlət qeydiyyatı işlərinin aparılması üçün müraciət etmək, yerində analiz etmək, bazar və likvidlik dəyərinin həqiqiliyini müəyyən etmək, sığortalanması üçün müvafiq sığorta şirkətləri ilə koordinasiyalı şəkildə işləmək;
  • Kredit analizlərini aparmaq, müştərilərin mövcud borclanması haqqında məlumat əldə etmək və mərkəzi kredit reyestri sistemlərində bu məlumatları yoxlamaq;
  • Kredit portfelinə nəzarət etmək, problemli və/və ya vaxtı keçmiş kreditlər üzrə tədbirlər görmək, hüquqi proseduru başlatmaq üçün müvafiq struktur bölməsinə təhvil vermək və izləmək;
  • Kreditin təyinatına və şərtlərinə uyğun istifadəsinə nəzarət etmək;
  • Müəyyənləşdirilən kriteriyalar çərçivəsində müştəri ziyarətlərini həyata keçirmək və edilmiş ziyarətlər barədə hesabat vermək;
  • Bank məhsulunun(xidmətinin) satışından sonrakı müvafiq bank əməliyyatlarının səhvsiz və tez bir zamanda icra edilməsi üçün müştəri, filial və müvafiq struktur bölmələri arasında lazımi əlaqəni yaratmaq və işlərin tam və doğru məntiqi sona çatmasını izləmək;
  • Filialın kassasının(bunker) Bankın daxili qaydalarında göstərilmiş vaxtda açılıb-bağlanmasında məsul şəxs olaraq iştirak etmək;
  • Müştərilərin hesabları və bankın məhsullarından istifadəsi zamanı yaranan hüquqi sənədlərin(müqavilələr, qərarlar, aktlar, ödəniş təlimatları, ödəniş tapşırıqlarının əsası olan alt sənədləri və sairə) tamlığını nəzarətdə saxlamaq və onların qorunmasını təmin etmək;
  • Filialin fəaliyyətinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan digər normativ hüquqi aktlarının və Bankdaxili reqlamentlərin tələblərinə uyğun aparılmasını, həmçinin bank sirrinin qorunmasını təmin etmək;
  • İllik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək.

İş yeri: Azərbaycan Sənaye Bankı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına “Satış və Kredit Mütəxəssisi“ yazaraq göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis

Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...

Bank Respublika ASC

03.04.2025 - Lənkəran

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

02.04.2025 - Bakı, Bərdə

450₼
Kredit mütəxəssisi

Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

02.04.2025 - Bakı, Bərdə

600 — 1000 ₼
Mühasib köməkçisi

Turban Moda Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı

701₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

19.03.2025 - Bakı

Commercial Analyst

https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...

Agro Dairy LLC

14.03.2025 - Bakı

1₼
Maliyyə mütəxəssisi

AQA Şirkətlər Qrupu Maliyyə mütəxəssisi vakansiyasını elan edir. ...

AQA Şirkətlər Qrupu

14.03.2025 - Bakı

700₼
Kassir-operator

Pro Con İzo Kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

13.03.2025 - Bakı