Qısa məzmun
OKmedia Satış və Marketing üzrə təcrübə programı üzrə vakansiya elan edir.
“Okmedia” şirkəti satış və marketinq sahəsində karyera qurmaq istəyən gənclər üçün təqaüdlü təcrübə proqramını elan edir. Proqramı uğurla bitirəndən sonra əməkdaş olaraq qəbul olunma şansı vardır.Proqramın sonunda hər bir iştirakçı sertifikatla təmin olunur. 3 aylıq təcrübə proqramında bütün proses öyrədilir:
- Bazar araşdırmasının aparılması
- Ehtiyaclı müştəri təyini
- Cari müştərilərə çarpaz satış (Cross sales)
- Satışda psixologiya taktikalarından istifadə
- DATA analitikasından istifadə
- Potensial müştəri ilə email, linkedin, telefonla ilkin əlaqənin qurulması
- İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak
- Müştəri məmnuniyyəti və etiket qaydalarından istifadə
İş şəraiti:
- Koroğlu m. yaxınlığında şəraitli ofis
- İş saatları: 10:00-dan18:00-dək (həftədə 6 gün) və ya part time
- Gənc, kreativ komanda
- Aylıq təqaüd + satışdan bonus + motivasiya ödənişləri
- Yol xərcləri şirkət tərəfindən qarşılanır
Namizədə tələblər:
- Marketinq və satış sahəsinə böyük maraq
- Özgüvən, arxayınlıq
- Zəngin söz bazası və yüksək IQ
- Yüksək ünsiyyət bacarıqları
Müraciət üçün mütləq fotoşəkilli CV faylı və nəyə görə sizi seçməli olduğumuza dair iddianızı cv@okmedia.az ünvanına göndərin
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...