Qısa məzmun
Offissa Dizayn Ko Satış və marketinq üzrə müdir ( Ofis mebelləri üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat (Vəzifəyə dair tələblər):
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
- Zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
- Yeni satış məntəqələrinin araşdırılıb tapılmasını təmin etmək
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi
- Satış menecerlərinin fəaliyyətini təşkil və idarə etmək;
- Satış menecerlərinin dövriyyələrinə nəzarət etmək
- Reklam və hədiyyələrin təşkilini həyata keçirmək
- Sosial şəbəkələr və internet sayt üçün kiçik video-çarxlar hazırlamaq, yeni postlar paylaşmaq, sosial şəbəkələri və internet saytı aktiv saxlamaq
- Baş tutacaq tədbirlər üçün lazım olan danışıqları və təşkilatçılığı həyata keçirmək
İşçiyə dair tələblər:
- Təhsil: ali
- Müvafiq sahəsə ən azı 1 il iş təçrübəsi
- Kompüter biliyi: MS Office proqramları;
- Dillər: Azərbaycan, ingilis dili (Rus dili bilməsi arzuolunandır)
- Yaş həddi: 25-40;
Şəxsi keyfiyyətləri:
- Liderlik;
- Fikrini izah etmək qabliyyəti;
- Ünsiyyət yaratmaq bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: bazar günü
- Əmək haqqı 1000 AZN başlayır
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...