Qısa məzmun
Ikma Satış və marketing üzrə dəstək mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil və minimum 2 il iş təcrübəsi;
- Müştəri yönümlü düşüncə tərzi;
- Şirkətin məhsul və xidmətlərini ən efferktiv yollarla təqdim edə bilmək bacarığı;
- Düzgün şifahi nitq qabiliyyəti;
- Satış qabiliyyəti;
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü;
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yeni müştəriləri cəlb etmək, hədəf qoyulmuş satış planını təmin etmək;
- Potensial müştərilərə xidmətin və istifadə olunan avadanlığın təqdimatını aparmaq;
- Biznes etikasına sahib olmaq;
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili; Rus dili arzuolunandır;
- Kompüter bilikləri: MS Ofice, Outlook.
Vəzifələr:
- Xidmətlər haqqında əskiksiz məlumat vermək;
- Yeni müştərilərin axtarışı və xidmətlərin təqdimatı;
- Mövcud müştəri bazasını genişləndirmək;
- Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (təkliflər, zənglər və s.);
- Müştəri məmnuniyyəti və müştərilərin şirkətdə saxlanılması üçün çalışmaq;
- Mövcud müştərilərlə əlaqələrin genişdirilməsi və inkşafı;
- Satış və satış sonrası təmin edəcəyi keyfiyyətli xidmət ilə sadiq müştəri portfeli meydana gətirmək;
- Müvafiq satış hesabatlarının hazırlanması;
- Şirkətlərlə korporativ danışıqların aparılması, onlarla müqavilələrin bağlanması;
- Potensial müştərilərin müəyyənləşdirilməsi ve onlarla əlaqələrin yaradılması;
- Müştərilər haqqında məlumatların toplanması və müştəri bazalarına daxil edilməsi.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla hr@ikma.com elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...