Qısa məzmun
BTL Azerbaijan Kardiodiaqnostika cihazlarının satışı üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Kardioloji cihazların satışının həyata keçirilməsi;
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
- Hazır və yeni müştəri bazası ilə iş birliyinin qurulması: Hospitallar, klinikalar, xəstəxanalar, tibb mərkəzləri;
- Soyuq zəng və görüş prinsipi ilə iş gününün bölünməsi;
- Potensial müştərilər üçün təkliflərin hazırlanması;
- Müştərilərlə görüşlərin təşkili və cihazlar haqqında təqdimatların həyata keçirilməsi;
- Cihazların tanıtımı və satışı üçün müxtəlif tədbirlərin təşkili;
- CRM sistem ilə işləmək;
- Sərgilərdə, promo tədbirlərdə və prezentasiyalarda iştirak etmək;
- Həyata keçirilmiş və planlanmış müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim etmək;
Namizədə Tələblər:
- Ali təhsil (Tibbi təhsil üstünlükdür) ;
- Satış texnikaları ilə tanışlıq;
- B2B satış seqmentində 2 ildən artıq təcrübə (Premium seqment məhsulların satışında təcrübə üstünlükdür);
- İşgüzar danışıqların və yazışmaların aparılması;
- Effektiv kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı; (Rus dili arzu olunandır);
- Kompyuter və ofis proqramlarından istifadə etmək bacarığı (Word, Excel, PPT);
- Şəxsi keyfiyyətlər: Nəticə yönümlü olub satış sahəsində inkişaf məqsədli olmaq. Komandada işləmək və sərbəst qərar vermək bacarığı. Dürüst, nizam-intizamlı, məsuliyyətli, aktiv və məsuliyyətli olmaq);
- İşguzar səfərlərə hazır olmaq;
- İngilis dili bilikləri əlavə üstünlükdür.
Şərtlər:
- Tibbi və estetik avadanlıqların qlobal bazarında lider mövqe tutan şirkətdə işləmək imkanı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- Sınaq müddəti – 3 ay;
- Telefon danışıq və nəqliyyat xərclərinin şirkət tərəfindən ödənişi;
- Cihazlar haqqında təlim şirkət tərəfindən həyata keçirilir;
- Əmək haqqı 800-1000 AZN + Satışdan bonuslar; (Əmək haqqı namizədə görə dəyişə bilər).
- İş qrafiki: həftədə 5 gün 09:00-18:00;
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Kardioloji cihazlarının satışı üzrə menecer” qeyd etmələri xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Iceland Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
Iceland 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
ABC-Pharm Məhsul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
ABC-Pharm Regional OTC qrup üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...