Qısa məzmun
Ə/h 700-800 AZN Bonus. Super Toys Sayım mütəxəssisi üzrə vakansiya elan edir. Əl terminalları ilə işləmə bacarığı olmalıdır.
Vəzifə Öhdəlikləri:
- Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
- Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
- Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək;
- İnventerizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
- Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.
Namizədə Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə (Pərakəndə satış) azı 2 il iş təcrübəsi;
- Aktiv, məsuliyyətli və diqqətli olmalı;
- Əl terminalları ilə işləmə bacarığı olmalı;
Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən “CV”–lərini mövzu hissəsində vəzifə adını “ Sayım mütəxəssisi” qeyd etməklə, (Hr@supertoys.az) ünvanına göndərə bilər.