Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbayan Beynəlxalq bank Scrum Master vəzifəsi üzrə vakansiya elan edir. Minimum 1 il iş təcrübəsinə malikdir.
Azərbaycan Beynəlxalq Bankı İnformasiya Texnologiyaları departamentinə Scrum master axtarışındadır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
- Agile təcrübələri komanda işi zamanı tətbiq etmək;
- Məhsul üzrə Backlog idarəçiliyi üçün məhsul sahibi (PO) və İT analitikini istiqamətləndirmək və təlimlər keçirmək;
- Sprint hədəfinə çatmaq üçün maneələri aradan qaldırmaq məqsədilə komandaya rəhbərlik etmək;
- Scrum tədbirlərini təşkil etmək;
- Komandanın maneələri dəf etməsinə və perfomansını artırmasına kömək etmək.
Bizim üçün uyğun namizəd:
- Agile (çevik) proqram təminatlarının hazırlanması prosesi sahəsində bilikləri (məsələn, XP, Kanban, Scrum) olan;
- Scrum metodologiyasının tətbiqi sahəsində minimum 1 illik iş təcrübəsi olan;
- Scrum metodologiyasının tətbiq olunduğu və sizin Scrum Master rolunda olduğunuz uğurla yekunlaşmış ən azı bir layihənin olması;
- Scrum Master sertifikasiyasına sahib;
- Yüksək motivasiyalı, təşəbbüskar və eyni zamanda peşəkar yanaşmalı komanda oyunçusu olan;
- Konstruktiv ünsiyyət və mentorluq bacarıqları olan bir şəxsdir.
Axtardığımız uyğun namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Scrum Master” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...