Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbayan Beynəlxalq bank Scrum Master vəzifəsi üzrə vakansiya elan edir. Minimum 1 il iş təcrübəsinə malikdir.
Azərbaycan Beynəlxalq Bankı İnformasiya Texnologiyaları departamentinə Scrum master axtarışındadır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
- Agile/Scrum çərçivəsində proqram təminatının hazırlanması layihələrinin çevik idarə etmə prinsipləri ilə icra edilməsini təmin etmək;
- Müəssisənin və sifarişçinin tələbləri əsasında layihə Sprint-lərinin zamanında və keyfiyyətli icrasına dəstək və istiqamət vermək;
- Scrum komandasını keyfiyyətli məhsulun hazırlanması istiqamətində düzgün yönləndirərək, onu özünü idarə prinsipləri əsasında eləcə də qərar vermə, qərar qəbul etmə və konfliktlərin dərhal və yerində edilən müzakirələr
- asında aradan qaldırılması kimi qarşılıqlı və sıx əməkdaşlığa təşviq etmək;
- Sifarişçi və müəssisə rəhbərlərinin fikirlərinin, planlarının və tələblərinin Scrum komanda üzvlərinə şaffaf və dəqiqliklə çatdırılmasından, eləcə də daxili və xarici kommunikasiyanın effektiv, düzgün qurulmasından əmin olmaq və bunu təmin etmək;
- Məhsulun hazırlanmasında Scrum komanda üçün mütəmadi inkişaf modeli ilə izlənən və dəstəklənən rahat iş mühitinin formalaşdırılması, yaranan çətinliklərin rəhbərlik ilə komunikasiya edilərək aradan qaldırılması, eləcə də komanda üzvlərinin bilik boşluqlarının aşkar edilməsi, komandanın təlimləndirilməsi və ya ehtiyac olan texniki və insan resurslarının təmin və cəlb edilməsini təşkil etmək;
- Sprintlərin planlaşdırılması, gündəlik Scrum və retrospektiv görüşləri təşkil etmək;
- Məhsul sahibinə (PO) məhsul backlog-larının hazırlanmasında və sprint qaçışlarında (sprint running) dəstək vermək;
- Komandaya dəyişikliklərin effektiv tətbiqi istiqamətində dəstək vermək;
- Hər Sprintin sonunda nəticələrin keyfiyyət standartlarına cavab verdiyindən əmin olmaq.
Bizim üçün ideal namizəd:
- Minimum 1 il iş təcrübəsinə malikdir;
- İnformasiya Texnologiyaları və ya Kompüter elmləri üzrə ali təhsillidir;
- Ekstrim Proqramlaşdırma (XP), Kanban, Özəllik əsaslı Proqramlaşdırma (FDD), Crystal kimi digər Agile yanaşmaları haqqında biliklərə;
- Davamlı inteqrasiya (CI), Davamlı Testlərin aparılması (CT), istifadəçi tarixçələri (User Stories), Qəbul testi əsaslı proqramlaşdırma (ATDD), Test əsaslı proqramlaşdırma (TDD), Cüt proqramlaşdırma kimi Agile idarəetmə texnikalarına bələd və hər hansı biri üzrə (və ya bir neçəsi) praktiki biliklərə;
- Proqramlaşdırma dilləri və tətbiq istiqamətləri, eləcə də tətbiq proseslərinin icra edildiyi sistemlər haqqında ümumi biliklərə;
- DevOps metodologiyası haqqında ümumi biliklərə;
- Scrum prinsiplərinin tətbiqində, nəzəri və praktiki biliklərə sahibdir (Scrum Master sertifikatı (CSM, PSM I) arzuolunandır);
- Liderlik və mentorluq və təşviq etmə bacarıqlarına malikdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Scrum master (İT)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m4mgqod2u1 Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...