Qısa məzmun
Millikart LLC şirkəti Şəbəkə Administratoru vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- LAN/WAN şəbəkəsi və IT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması
- Şəbəkə avadanlıqlarının (router, switch və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq
- Router, Switch və Firewall-ları təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq
- Şəbəkə problemlərini müəyyən edib həll etmək
- Şəbəkə dayanıqlığını təmin etmək üçün tədbirlərinin görülməsi
- Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq
- L2 və L3 topologiyalarını planlamaq və həyata keçirmək
- Ayrılmış IP- ünvanların vaxtında qeydiyyata alınması
- İstifadəçilər üçün internet və elektron ünvanların sazlanması
- Şəbəkənin yüklənməsi və trafikin optimallaşdırılması
- Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən, yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi
- IT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək
- VPN texnologiyalari ilə iş bacarığı
- Linux əməliyyat sistemi üzrə iş bacarığı
- İş vaxtı: I-V günlər, saat 09:00-dan 18:00-dək
- İstirahət günləri – şənbə və bazar
Namizədə olan tələblər:
- Ali təhsil
- Tələb olunan sahə üzrə minimum 5 (beş) il iş təcrübəsi olmalıdır
- LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər
- Korporativ şəbəkənin iş prinsipləri üzrə biliklər
- Switch, router, firewall avadanlıqlarının konfiqurasiyası, sazlanması və quraşdırılması üzrə biliklər
- Network istehsalçı firmalarının (Cisco, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübəsi olan
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Texniki təlimatları oxuya biləcək səviyyədə İngilis dili biliyi
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır)
- Cisco Systems sertifikalarına (CCNP, CCDP) sahib olmalıdır
- Komandada işləmək bacarığı, aktivlik, məsuliyyətlik, diqqətlilik, çalışqanlıq, öyrənmə qabiliyyəti olmalıdır
- Müvafiq sənədləşmə işlərini aparmaq qabiliyyəti olmalıdır
- İcraedici
- Vaxtını düzgün idarə edə bilməsi
- Nəticə yönümlü
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 3000 – 4000 AZN-dən başlayaraq təyin ediləcəkdir.
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Şəbəkə administratoru” qeyd etməklə e-mailinə göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...