Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Sigorta Şəbəkə Administratoru vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dilini bilənə üstünlük veriləcəkdir.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali texniki təhsil;
- Müvafiq sahədə minumum 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
- Cisco ASA Firewall, Network Security, L3 Switch və Router-larla işləmək bacarığı – CCNP sertifikatı olanlara üstünlük veriləcək;
- IP Telephony və Cisco Wifi qurğuların konfiqurasiyası;
- Komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Rus və ingilis dilini bilənə üstünlük veriləcək;
Vəzifə öhdəlikləri:
- Şəbəkə avadanlıqlarının quraşdırılmasını optimal şəkildə həyata keçirməli.
- Lazımi şəbəkə dəyişikliklərini, gələcək şəbəkə ehtiyaclarını və planlarını müəyyən etmək üçün digər bölmələr ilə yaxından işləməli.
- Şəbəkə avadanlıqları və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək
- Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə şəbəkə avadanlıqıarının və proqram təminatlarının sazlamalarının etibarlı rezerv olunmasını təmin etmək
- Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək.
- Şəbəkə dizaynını tərtib etməli, texniki tapşırıqların şəbəkə ilə əlaqədar hissəsini konkret avadanlıq siyahısına çevirməyi bacarmalı.
- Nasaz şəbəkə avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
- Şəbəkə infrasturkturu üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması
- Şəbəkə avadanlıqlarının sazlamalarını həyata keçirməli.
- Şəbəkə avadanlığı və proqram təminatında baş verən bütün dəyişikliklər və nasazlıqlar barəsində rəhbərliyi məlumatlandırmaq
- İstifadəçilərin siyahısını, onların giriş və icazələrini öz rəhbərliyi və eyni zamanda digər şöbə rəhbərlikləri ilə razlaşdırmaq
- Şəbəkə avadanlıqlarının modernizasiyası ,yeni avadanlıqların və proqram təminatının alınması üçün təkliflərin hazırlanması
- Yeni şəbəkə avadanlıqlarının sınaqdan keçirilməsi və dəyişikliklərin edilməsi üçün istifadə olunan metod və vasitələrin hazırlamalı.
- Məsul olduğu sistemləri təşkil edən texnoloji elementlərin yeniləmələrini həyata keçirməli, texnoloji yenilikləri araşdırmalı və mümkün olduğu qədər tətbiq etməli.
- Məsuliyyəti altında olan sistemlərin loqlarının və monitorinqinin daimi və düzgün şəkildə aparılmasını təmin etməli və bu prosesi nəzarətdə saxlamalıdır.
- Daimi şəbəkə problemlərini aradan qaldırmalı və şəbəkə bağlantısı problemlərini həll etməli.
- Mövcud şəbəkə strukturunu təhlil etməli və şəbəkənin daha səmərəli olmasına dair əhatəli hesabatları birbaşa rəhbərliyə təqdim etməli.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını Şəbəkə Administratoru (Network Administrator) qeyd edərək, hr@xalqsigorta.az elektron ünvanına göndərilməsi xahiş olunur.