Qısa məzmun
Azerbaijan Energy Regulatory Agency Şəbəkə inzibatçısı (böyük mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Router, Switch və Firewall və s. şəbəkə avadanlıqlarının sazlanması, quraşdırılması və idarə edilməsi;
- LAN/WAN, Data/Ehtiyat mərkəzləri şəbəkəsinin qurulması və idarə edilməsi;
- Şəbəkə avadanlıqlarının proqram təminatlarının yenilənməsi, lisenziyaların aktual saxlanılmasına nəzarət edilməsi;
- Şəbəkə avadanlıqlarının (router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarının hazırlanması;
- Monitorinq sisteminin quraşdırılması, infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqlərin aparılması;
- Şəbəkə problemlərinin qısa zaman ərzində müəyyən edilərək həll edilməsi;
- İT siyasət, qayda və proseduraların yazılmasında iştirak və vəzifə səlahiyyətləri çərçivəsində digər öhdəliklərin icra edilməsi.
Tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan, rus, ingilis (texniki);
- Şəbəkə inzibatçısı kimi minimum 3 il iş təcrübəsi;
- CCNP səviyyəsində Cisco routing-switching həlləri biliyi və praktiki təcrübə;
- Cisco CCNA/CCNP sertifikatları mütləq olmalıdır;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
- İşə planlı yanaşma bacarığı;
- Ünsiyyət yaratmaq bacarığı;
- Ölkədaxili ezamiyyətlərə getmək imkanı;
- Məsuliyyətli və operativ qərar vermə bacarığı.
Tələb olunan bacarıqlar:
- TCP/IP və OSI modeli haqqında dərin biliklər;
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
- L2/L3 – LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında dərin biliklər və iş təcrübəsi;
- Router, Switch və Firewall-ların (Cisco,Palo Alto,Fortigate, HPE və s.) qurumun təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi, istismarı və dəstəklənməsi bacarığı;
- IPSec / VPN texnologiyaları (Cisco DMVPN, site-to-site vpn, remote access vpn) haqqında dərin biliklər və iş təcrübəsi;
- İP Telefoniya haqqında biliklər və iş təcrübəsi (CUCM, 3CX, Yeastar, Yelink və s.),
- Tacacs, RADİUS, ISE avtorizasiya sistemlərinin tətbiqi ilə bağlı iş təcrübəsi;
- Linux və Unix əməliyyat sistemləri iş bacarığı arzu olunandır;
- Görülən işlərin sənədləşdirilməsi bacarığı.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar.
İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini e-poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnformasiya texnologiyaları şöbəsi – Şəbəkə inzibatçısı) qeyd edin.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...