Qısa məzmun
STDC Şəbəkənin monitorinqi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunda yaranana biləcək problemlərin həlli;
- Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığını maksimum səviyyədə qalması üçün profilaktik işlərin aparılması;
- Şəbəkə problemlərinin müəyyən edilib həll edilməsi;
- Monitorinq sistemi vasitəsilə mövcud şəbəkə infrastrukturunun izlənməsi;
- Şəbəkə avadanlıqlarının fiziki sazlığının təmin olunması;
- Şəbəkə avadanlıqlarının konfigurasiyasının “backup”larının çıxarılmasına nəzarət;
- İT prosedurları və siyasəti çərçivəsində digər öhdəliklərin icrası.
Tələblər:
- CCNA sertifikatı olanlara üstünluk verilir;
- CCNA Programı çərçivəsində bütün mövzular uzrə dərin biliklər;
- Müvafiq vəzifədə 2 il təcrübə;
- Problem həll etmə yönündə yaradıcı və analitik təfəkkür;
- Azərbaycan dili (əla səviyyədə), İngilis dili (texniki səviyyədə); Rus dili (arzuolunandır)
Əlavə məlumat:
- Nahar və nəqliyyat təminatı;
- Tibbi sığorta;
Namizədlər müraciət üçün CV-lərini elektron ünvanına göndərə bilərlər. Məktubun başlıq hissəsində “Şəbəkənin monitorinqi üzrə mütəxəssis” vəzifəsinin qeyd olunması xahiş olunur.
Mənbə: jobsearch.az