Qısa məzmun
MSDIS Holding Səbət sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.
MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.
Vakansiyanın adı: Səbət sürücüsü
Vəzifə öhdəlikləri:
- Yol hərəkəti və texniki istismar qaydalarına riayət edilməsi;
- İşə başlanmazdan əvvəl yol vərəqəsinin tamlığının və düzgünlüyünün nəzərdən keçirilməsi və yalnız tam və düzgün olan yol vərəqələri ilə qarajdan çıxılması;
- İşə başlanmazdan əvvəl maşınının texniki vəziyyətinin nəzərdən keçirilməsi;
- Zavoda qayıtdıqda avtomobili ona aid edilmiş yerdə saxlanılması və istismar vaxtı yaranan nasazlığın aradan qaldırılması;
- Avtomobilinin gündəlik baxışdan keçirilməsi və onların texniki baxışa hazırlanması;
- Avtomobilinin yüklənmə və yükboşaltma yerlərinə düzgün verilməsi qaydalarına riayət edilməsi;
- Avtomobilinin yanacaqla və lazımi ehtiyat hissələri ilə təmin edilməsinin tələb edilməsi;
- Avtomobilini və qarajın təmiz saxlanılması;
- Avtomobilinin saz vəziyyətdə qalmasının təmin edilməsi;
- Danışıq və etika qaydalarına riayət edilməsi.
Tələblər:
- Kran sürmək üçün icazə lisenziyası;
- Sürücülük vəsiqəsi (BC);
- Minimum 2 il kran istifadə təcrübəsi.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əəmək haqqı: Müsahibə əsasında təyin olunur;
- ARƏM əsasən işə qəbul;
- Əlaqə nömrəsi: 051-201-21-43, 051-201-21-97.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Səbət sürücüsü” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Giləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...