Qısa məzmun
Bona Dea International Hospital şirkəti Səhiyyə Turizmi Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Səhiyyə Turizmi sektorunda fəaliyyət göstərən Liv Bona Dea Hospitalda işləyəcə biləcək aşağıdakı xüsusiyyətlərə malik “Səhiyyə Turizmi Mütəxəssisi” üzrə komanda yoldaşlarına ehtiyacımız vardır.
Ümumi̇ Bacarıqlar:
- Universitet məzunu, İngilis, Rus və Ərəb dillərini bilən, dil bacarıqlarından səlist istifadə edən, xüsusilə də əlavə dil bacarıqlarına malik olan,
- Təqdimat və inandırma bacarıqları yüksək, templi və çevik iş saatlarına uyğunlaşa biləcək, Microsoft Office proqramlarında işləyə bilən,
- Lazımi hallarda müəssisədaxili tərcümə işləri ilə də məşğul ola biləcək,
- Sosial media, whatsapp, telefon ve e-poçt vasitəsilə xəstələrlə əlaqə qura biləcək namizədlərə üstünlük verilir.
İşi̇n Təsvi̇ri̇:
- Beynəlxalq xəstə axınının təmin olunması üzrə dəstəyin göstərilməsi.
- Müraciət edən xəstələrlə əlaqə quraraq tələb etdikləri müalicələrlə bağlı yazılı və şifahi məlumatlandırma.
- Əməliyyat zamanı və əməliyyatdan sonra xəstələrlə maraqlanaraq onların təqib olunması. Xəstə ödənişləri, korporativ ödənişlər kimi xəstəyə məxsus maliyyə işlərinin təqib olunması.
- Hava limanı-Otel-Xəstəxana arasında xəstə transferlərinin təşkil olunması.
- Xəstəxana və oteldə qarşılama zamanı məsul olduğu xəstələrlə maraqlanması və ya xarici dil üzrə dəstəyin göstərilməsi.
Oxşar vakansiya siyahısı:
Optik məsləhətçi
Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...