Qısa məzmun
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəmkir filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- İldə 3 dəfə mükafat;
- Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
- Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
- Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
- Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
- Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
- Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
- Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;
- Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
- Filialın səmərəli işinin təmin edilməsi;
- Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi
Bizim üçün uyğun namizəd:
- Ali tibb təhsili
- 5 ildən az olmayaraq ümumi əmək stajı (ən az 2 il rəhbər təcrübəsi dövlət müəssisələrində)
- İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
- Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
- Ofis proqramları üzrə biliklər.
- İntizamlılıq və nəticəyönümlülük;
- Ünsiyyət və təşkilatçılıq bacarığı;
- Stressə qarşı davamlılıq;
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 06.02.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
Loyallıq üzrə mütəxəssisAzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İşə qəbul üzrə baş mütəxəssis
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Təlim və motivasiya üzrə əməliyyatçıAzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Операционист, в отделе Мотивации и Обученияhttps://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...