Sənədlərə nəzarət üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-1500 AZN. SMTS MMC Sənədlərə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Tikintidə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Tələb olunan iş Bacarığı:

  • Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
  • Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
  • Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət tələblərinə uyğun olaraq hazırlanması təmin etmək;
  • Layihə prosedurlarına uyğun olaraq Sənədlərin idarə olunması sistemi üçün sistem administratoru kimi
    çıxış edir;
  • Layihələr çərçivəsində keçirilən toplantıların əlaqələndirilməsi, toplantı (iclas) protokollarının tərtibatı, razılaşdırılması və yayımlanması;
  • Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər brədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
  • Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.

Tələb olunan təhsil və biliklər:

  • Ali texniki təhsil
  • Sənədlərə Nəzarət standartları üzrə müvafiq bilikləri olmalı;
  • Sənədlərə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
  • Azərbaycan və İngilis dilləri əla səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
  • Tikinti layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-40
  • Əmək haqqı 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
  • İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) hr@smts.az elektron ünvanına mövzu yerinə “Sənədlərə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı