Qısa məzmun
Ə/h 1000-1500 AZN. SMTS MMC Sənədlərə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Tikintidə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Tələb olunan iş Bacarığı:
- Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
- Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
- Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət tələblərinə uyğun olaraq hazırlanması təmin etmək;
- Layihə prosedurlarına uyğun olaraq Sənədlərin idarə olunması sistemi üçün sistem administratoru kimi
çıxış edir; - Layihələr çərçivəsində keçirilən toplantıların əlaqələndirilməsi, toplantı (iclas) protokollarının tərtibatı, razılaşdırılması və yayımlanması;
- Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər brədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
- Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
Tələb olunan təhsil və biliklər:
- Ali təhsil (humanitar arzu olunandır);
- Sənədlərə Nəzarət standartları üzrə müvafiq bilikləri olmalı;
- Sənədlərə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Azərbaycan və İngilis dilləri əla səviyyədə bilməli;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
- Tikinti layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-40
- Əmək haqqı 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) hr@smts.az elektron ünvanına mövzu yerinə “Sənədlərə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...