Qısa məzmun
W&E Forward International Transport Sənədlərlə iş üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
W&E Forward International Transport, 1994-cü il tarixindən fəaliyyət göstərən Beynəlxalq Yükdaşıma və Logistika şirkətidir.
İş barədə məlumat:
- Nəqliyyat departamentinin sənədləşmə işlərini icra etmək;
- Nəqliyyat departamentinə aid sənədləri saxlamaq və qorumaq;
- Nəqliyyat vasitələrinin cərimələrinə nəzarət etmək ve cərimələr barədə rəhbərinə məlumat vermək;
- Sürücülər ilə hesabat-sənədləşmə işlərini aparmaq;
- Yanacaq sərfiyyatı haqqında məlumatları proqram təminatına daxil etmək;
- Yol nəqliyyat hadisələri haqqında məlumatları qeyd etmək və bu barədə xəbər aldıqda, dərhal rəhbərlinə məlumat vermək;
- Daxili proqram təminatında gündəlik məlumatları işləmək;
- Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək.
Namizəd üçün tələblər:
- Ali və ya orta-ixtisas təhsilli;
- 1 il iş təcrübəsi (müvaffiq sahə üzrə);
- Azərbaycan dili əla, Rus dilini yaxşı bilmək;
- MS Ofis proqramlarından istifadə bacarığı (xüsusi ilə excel);
- Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmalı.
Əmək Şəraiti:
- AR-nın ƏM – nə uyğun sənədləşmə;
- İş Rejimi: Həftənin 6 günü;
- Ünvan: Sumqayıt şəhəri;
- Əmək haqqı: razılaşma yolu ilə.
- Son müraciət tarixi: 21.01.2023
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Sənədlərlə iş üzrə operator” qeyd etməklə hr@we-forward.com elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...