Qısa məzmun
Expressbank ASC İnsan resursları departamenti, Sənədləşdirmə şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması;
- Əmək müqavilələrinin hazırlanması;
- Əmək qanunvericiliyinə və İdarə Heyəti sədrinin sərəncam və əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa işə keçirilməsi, əmək haqqı və iş rejimi dəyişikliyini, işdən azad edilməsini rəsmiləşdirir, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişinin qeydiyyata alınması;
- Bank əməkdaşlarının əmək qabiliyyətlərinin itirilməsi, ezamiyyət, əmək və məzuniyyət və s. üzrə əmrlərin sistemə daxil edilməsi, qeydiyyatının aparılması;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
- Arxivə sənədlərin göndərilməsi üçün qovluqların hazırlanması və hesabatının aparılması;
- Əmək kitabçalarının qəbulu, əmrlər əsasında doldurulması, müvafiq dəyişikliklərin aparılması, saxlanılması və yeni əmək kitabçalarının açılması;
- Əmək kitabçalarının və şəxsi işlərin qorunması;
- Təqaüdlərin təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsi;
- Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
- Digər kargüzarlıq işlərinin icra olunması;
- Departament direktoru və şöbə müdiri tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
- Ali təhsil;
- Analoji sahədə təcrübə arzuolunandır;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan dilində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabiliyyəti;
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...