Qısa məzmun
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Sənədlərin qəbulu, yoxlanılması, qeydiyyatı, yönləndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi.
- Toplantıların təşkili, protokollaşdırılması və icrasına nəzarət.
- Kommersiya strukturunda mövcud olan sənədlərin prosedura uyğun hazırlanması, icrası və arxivləşdirilməsinə nəzarət.
- Daxil olan və çıxan rəsmi yazışmaların icrasına nəzarət və onların qeydiyyatının aparılması.
- Elektron və fiziki sənəd dövriyyəsinin idarə olunması və mütəmadi olaraq yenilənməsi.
- Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.
- Arxivləşdirilmiş sənədlərin düzgün saxlanılmasını təmin etmək.
- Müxtəlif bölmələrdən daxil olan məlumatların koordinasiya edilməsi və sistemləşdirilməsi.
Tələblər
- Ali təhsil
- Sənədlərlə iş üzrə ən azı 2 illik iş təcrübəsi.
- Analitik düşüncə və təşkilatçılıq bacarığı.
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı.
- Elektron sənəd dövriyyəsi sistemlərində işləmə təcrübəsi üstünlükdür.
- Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı; rus və ingilis dili bilikləri arzuolunandır.
- Dəqiqlik, məsuliyyətlilik və detala diqqət.
İş şəraiti:
- İş yeri: Luxen Plaza
- İş qrafiki: 5 günlük
- İstirahət: Şənbə və bazar günü.
- Korporativ nömrə
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
Koorparativ satış üzrə mütəxəssisAR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...