Qısa məzmun
PASHA Bank Senior / Back End Developer vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “backend” mühəndislik praktikasının gücləndirilməsi;
- Komandada digər “backend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
- Rəqəmsal məhsulların yaradılmasına imkan verən davamlı, təhlükəsiz, cəld proqram hazırlamaq üçün “backend” proqram çərçivələrindən istifadə;
- Jurnal hesabatının aparılması, daxili verilənlərin yaradılması, verilənlər bazasının inteqrasiyası və verilənlərin idarəedilməsi;
- Bulud hesablama inteqrasiyalarını, davamlı inteqrasiya və yerləşdirmə və digər bulud texnologiyalarının idarəedilməsi;
- “Backend” yaradılma prinsip və prosedurlarını tətbiq edərkən ölçülə bilən, paylanılan və imtinaya davamlı proqramların yaradılması;
- Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
- İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
- “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
- Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
- Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il
Xarici dillər: İngilis
Komputer bilikləri:
- Müvafiq dillərdən hər hansı birini mükəmməl səviyyədə bilmək
- Node.js, Python, Golang, Kotlin, Java, PHP, Perl
- İnfrastruktur dizayn və prinsipləri haqqında anlayış
- LDAP, SSO, Restful APIs, SOAP, verilənlər strukturu və alqoritm biliyi
Məhsul üzrə biliklər:
- JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
- SVN və ya GIT
Digər: Yüksək idarəçilik, ünsiyyət və hesabat biliyi bacarıqları
Üstünlük verilir:
- Bankçılıq təcrübəsi
- Kodun yenidən işlənməsi
- Dizayn nümunələri
- Dizayn yönümlü inkişaf
- Domain yönümlü dizayn
- CI/CD və yüksək miqyaslı proqramlar
- Proqram təhlükəsizliyi
- İkili proqramlaşdırma və testlər üzrə biliklər
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 22.01.2022-ci il tarixinədək ünvanına başlıqda “Proqram təminatı üzrə mühəndis” və ya “Proqram təminatı üzrə baş mühəndis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə:jobsearch.az