Qısa məzmun
PAŞA Holding Qrup üzrə Risklərin idarə edilməsi departamentində Risklər üzrə analitik vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir
“PAŞA Holdinq” şirkəti Baş data analitiki vəzifəsinə namizədləri dəvət edir. Sözügedən vəzifə Data Ofisinin tərkibindədir və “PAŞA Holdinq” üçün data potensialının reallaşdırılmasına yönəlib. Data Ofisinin tərkibində fəaliyyət göstərən Baş data analitiki kimi siz irihəcmli data topluları ilə işləyəcək, məlumatları çıxaracaq, datadan istifadə edərək faktları tutuşduracaq və data yönümlü layihələr və konversiya ilə əlaqədar fəaliyyət növləri çərçivəsində biznes istifadəçiləri ilə əməkdaşlıq edərək həyata keçirilə bilən ideyalar irəli sürəcəksiniz. İdeal namizədin balanslaşdırılmış biznes bacarıqları və texniki bilikləri, həmçinin analitik məsələlərin həllinə, datanın strateji istifadəsinə, müştəri xidmətinə, keyfiyyətin davamlı surətdə təkmilləşdirilməsinı və yaradıcılığa həvəsi olmalıdır
Vəzifə tələbləri:
- Hesabatların təqdim edilməsi üçün tələb olunanları toplamaq üçün daxili və xarici komandalarla əməkdaşlıq etmək, data yönümlü qərarların qəbul edilməsinə kömək etmək, korporativ məlumat mərkəzi, məlumat anbarları və data vitrinləri vasitəsilə hesabat təqdim etmək üçün etibarlı mənbələrdən data əldə etməyə çalışmaq
- Biznes və texnologiya tərəfdaşları tərəfindən qərarların qəbul edilməsi üçün Qərarların təhlilinə dair tövsiyələr (DAR) hazırlamaq və təqdim etmək
- “Data mayninq” və statistik metodları (yəni, saxlanılma modelləri, müştərilərin seqmentləşdirilməsi modelləri, proqnozlaşdırma) tətbiq etmək;
- Strukturlaşdırılmamış biznes suallarını kəmiyyət məsələlərinə çevirmək;
- Data qanunauyğunluqları və tendensiyalarını müəyyən etmək və biznesin planlaşdırılması, prosesin təkmilləşdirilməsi, həll variantlarının qiymətləndirilməsi və s. üçün biznes qərarları qəbuletmə imkanlarını genişləndirmək üçün hərtərəfli məlumat təqdim etmək;
- Hədəflərin müəyyən edilməsi və seqmentləşdirmə strategiyalarını idarə etdirmək üçün datanı istehlakçı və ya müştəri davranışına dair informasiyaya çevirmək və əldə edilmiş bütün nəticələri aydın və effektiv şəkildə biznes tərəfdaşlarına və yüksək rəhbərliyə çatdırmaq;
- Data analitikası üzrə nəticələrin reallaşdırılması üçün bütün biznes funksiyaları ilə sıx əməkdaşlıq etmək;
- Holdinqin üst rəhbərliyi ilə birlikdə siz imkanlar axtarıb tapacaq və ya gəlirləri artıracaq, riskləri idarə edəcək və portfelimizi optimallaşdıracaqsınız;
Təhsil, Təcrübə və Bacarıqlar:
Minimum bacarıq və təcrübə:
- Uzunmüddətli əlaqələr qurmaq, qərarların qəbul edilməsini asanlaşdırmaq, prioritetləri müəyyənləşdirmək və riskləri münasib qaydada aradan qaldırmaq üçün maraqlı tərəflərin idarə edilməsi və ünsiyyət qurma ilə əlaqədar mükəmməl bacarıqlar;
Mühüm bacarıq və təcrübə:
- Data analitikası, data mayninq, statistik modelləşdirmə, proqnoz analitika, “növbəti alınmalı məhsul” modeli, maşın öyrənməsi və ya data elmi ilə əlaqədar iş sahəsində təcrübə;
- Big Data-nın hazırlanmasına aid geniş təcrübə və Python və əlaqəli analitik kitabxanalar ilə əlaqədar praktiki biliklər;
- Tableau proqramı, hesabat və ya digər vizuallaşdırma vasitələri ilə iş təcrübəsi;
Arzu olunan bacarıq və təcrübə:
- Statistik metodlar, qərar qəbuletmə prosesinə aid modellər, k-orta üzrə klasterləşdirmə, logistik reqressiya, Neyroşəbəkə, “təsadüfi meşə”, xgboost və s. tətbiq edilməsi ilə əlaqədar təcrübə;
- Maşın öyrənməsi/dərin öyrənmə modelinin işlənib hazırlanması və görmə üzrə tənzimləməsi, NLP ilə əlaqədar real layihə təcrübəsi və bilikləri üstünlük hesab olunacaq
- Maliyyə, bank və sığorta məhsulları və xidmətləri haqqında biliklər
- Ərzaq məhsulları, onlayn bazar və s. kimi qeyri-maliyyə məhsul və xidmətləri haqqında biliklər
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Baş data analitiki” qeyd olunmalıdır;
- CV-lər 15 noyabr 2022-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...