Qısa məzmun
PASHA Technology Serverlər və saxlama qurğuları üzrə böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə: Serverlər və saxlama qurğuları üzrə böyük mühəndis
Şöbə: İNFRASTRUKTUR
Birbaşa rəhbər: Serverlər və saxlama qurğuları/infrastruktur qrupunun rəhbəri
Dərəcə: Yenilənəcəkdir
Rəhbərlik səviyyəsi: Tətbiq olunmur
Məsuliyyətlər:
“PAŞA Technology” MMC-nin bəzi vacib hədəfləri
- SA-lara aşağı qiymətə yüksək keyfiyyətli xidmət göstərmək
- Ekosistemdən maksimum istifadəyə əsaslanan yeni platformalara vasitəsilə sinergiya yaratmaq
- Müştəri təcrübəsini və xidmət keyfiyyətini artırmaq (rəqəmsal amillərə və İT imkanlarının gücləndirilməsinə əsaslanan kompleks yanaşma vasitəsilə)
- Qrup üzrə innovasiya imkanlarını müəyyən etmək və səfərbər etmək
- “Agile” iş üsulu üçün tələb olunan təməl prinsipləri formalaşdırmaq
- Ən istedadlı kadrları qoruyub saxlamaq və yeni strategiyaya əsasən tələb olunan yeni imkanları yaratmaq (məsələn, rəqəmsal, analitik, “agile”)
- Bazar tendensiyalarına uyğun olaraq müvafiq bacarıqları inkişaf etdirmək
Əsas vəzifələr:
- “PAŞA Technology” MMC-nin hesablama və saxlama sistemlərinə 1-ci səviyyəli yardımın göstərilməsi
- “PAŞA Technology” MMC-nin “Windows”, “Linux” və “Unix” əməliyyat sistemlərinə əsaslanan İT sistemlərinin idarə olunması
- “PAŞA Technology” MMC-nin strategiyasına uyğun olaraq bulud xidmətləri üzrə təkliflərin müştərilərin diqqətinə çatdırılması və mütəmadi yardımın göstərilməsi
- Hibrid bulud mühitlərinin dəstəklənməsi və idarə olunması qabiliyyəti
- “Agile” iş üsulunu dəstəkləmək
- Bulud infrastrukturunun idarə olunması məqsədilə yüksək səviyyəli avtomatlaşdırma imkanlarının təmin edilməsi üçün proqram təminatının yaradılması və İT əməliyyatları prinsiplərindən fəal istifadə
- Müntəzəm əməliyyatların icrası zamanı həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi
- Nasazlıqların qabaqcadan proqnozlaşdırılması və aradan qaldırılması
- Xidmət səviyyəsi haqqında müqavilələrə və müştərilərin gözləntilərinə uyğun olaraq kritik əhəmiyyətli mühitlərdə yüksək keyfiyyətlə həyata keçirilən idarə olunan dəstək xidmətlərinin idarə olunmasına görə məsuliyyət daşımaq
- Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi
- İT prosesləri və davamlı inkişaf tədbirlərinin mütəmadi olaraq həyata keçirilməsinə görə məsuliyyət daşımaq
- Standart əməliyyat prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər, müqavilələr və onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması
- Müştərilərin idarə olunması və hesabatlılıq prosesindən istifadə
- Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün serverlər və saxlama qurğuları qrupunun rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək
- Bədbəxt hadisələr və ya nasazlıqların serverlər və saxlama qurğuları qrupunun rəhbərinə məruzə edilməsi
- Maraqlı tərəflərlə bədbəxt hadisələr, baş verən nasazlıq və qüsurlar, həyata keçirilən müvəqqəti və islahedici tədbirlər barədə rəsmi hesabat vermək
İkinci dərəcəli öhdəliklər:
- Resursların, o cümlədən lokal və bulud resurslarının idarə olunması
- Saxlama qurğularının, o cümlədən lokal avadanlıqlar və buluda əsaslanan saxlama sistemlərinin idarə olunması
- Virtuallaşdırma (VMware, Hyper-V, RHEV) prosesinin dəstəklənməsi və həyata keçirilməsi
- “Docker” və “Kubernetes” platformaları əsasında yüklərin konteynerlərə yüklənməsi
- Bulud mühitləri arasında məlumatların köçürülməsi, o cümlədən mövcud bulud həll yollarının (özəl və dövlət) idarə olunması
- Veb serverlərinin istifadəyə verilməsi və istismarı
- Bulud həll yollarının təqdim olunması prosesinin avtomatlaşdırılması
- “Windows” və “Linux” əməliyyat sistemlərinin idarə olunması
- “Active Directory” domeninin, o cümlədən əsas domen xidmətlərinin idarə olunması
- SMTP protokolunun, o cümlədən “AntiSPAM” sistemlərinin idarə olunması
- İPA (eyniləşdirmə informasiyalarının idarə olunması) sistemi, LDAP protokolu, o cümlədən SSO və OTP sistemlərinin idarə olunması
- Yük balansının idarə edilməsi
- Veb tətbiqlərinin müdafiə sistemlərinin konfiqurasiyası və dəstəklənməsi
- Terminal və VDİ xidmətləri
- Qəbul edilmiş prosedurlar əsasında “Kernel” əməliyyat sisteminin və digər sistemlərin gücləndirilməsi
- Konfiqurasiya vahidlərinin və İT xidmətlərinin vaxtında yenilənməsi yolu ilə CMDB-nin (konfiqurasiyanın idarə olunması üzrə məlumat bazası) aktuallığının təmin edilməsi
- Proqram təminatlarında lokal nasazlıqların aradan qaldırılması
- Avadanlıqların yenilənməsi, nasazlıqların aradan qaldırılması və marşrutların idarə olunması üzrə tövsiyələrin verilməsi
- DNS (özəl və dövlət)
- DHCP-nin idarə olunması
- Ehtiyat surətlərin yaradılması və bərpa əməliyyatlarının layihələndirilməsi və həyata keçirilməsi
- “PAŞA Technology” MMC-nin Data Mərkəzlərinin istismar vəziyyətinin proaktiv şəkildə dəstəklənməsi və gücləndirilməsi
- “PAŞA Technology” MMC-nin informasiya təhlükəsizliyi siyasəti və məqbul istifadə siyasətinə tam əməl edilməsi
- “PAŞA Technology” MMC-nin dəyişikliklərin idarə olunması üzrə göstərişlərinə tam əməl edilməsi
- “PAŞA Technology” MMC-nin bütün inzibati tələblərinin yerinə yetirilməsi
- Səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
- Daxili qayda və prosedurlara əməl edilməsi
Bu vəzifə üçün tələb olunan ixtisas, təcrübə və bacarıqlar
Təhsil:
- Müvafiq sahə üzrə universitet dərəcəsi.
- Mühəndislik və ya elm kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir
- İT sertifikatları: “Microsoft” (MCP, MCSA) , “Red Hat Certified” (RHCSA , RHCE), “VMware” tövsiyə olunur
- “Cisco”, “PaloAlto”, “VEEAM”, “Citrix”, “HPE” və “İTİL” üzrə əlavə sertifikatlar üstünlükdür
Təcrübə:
- Mürəkkəb mühitin idarə olunması üzrə ən azı 4 il təcrübə
- Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə böyük təcrübə
- Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama, təhlükəsizlik texnologiyaları, yüklərin konteynerlərə doldurulması və məlumat bazası
- hərrikləri üzrə təcrübə
- Mövcud olan və yeni yaranan İT texnologiyaları üzrə dərin bilik
- “Microsoft Active Directory”, “MS Exchange” və “Windows Servers” üzrə texniki dəstək və əməliyyatların həyata keçirilməsi üzrə təcrübə
- “Linux” əməliyyat sistemləri (RHEL, Oracle Linux, Suse), “Solaris”, “BSD” sistemləri üzrə təcrübə
- “Azure”, “AWS” və “GCP” üzrə biliyə sahib olmaq üstünlükdür
- Müdafiə sistemləri, ruterlər, kommutatorlar, DNS, DHCP, VPN-lər, FTP, internet protokolları və xidmətləri (İPv6 üstünlükdür), məlumat ötürmə məhsulları üzrə bilik
- Saxlama ərazisi şəbəkələri və protokolları (FCP, FCİP, FCoE), çox trayektoriyalı texnologiyalar (MPİO), disklər, həcmlər, montaj nöqtələri, LUN maskalanma və VSAN-
- rin aydın şəkildə başa düşülməsi
- Avadanlıqlara xidmət bacarıqları
- OSİ modelinin başa düşülməsi
- Tam ştatlı işləməyə hazır olmaq
- Data Mərkəzləri mühiti üzrə bilik
Kompüter bacarıqları:
- “Visio” və “AutoCAD” proqram təminatları üzrə anlayışa sahib olmaq
- “Microsoft Office” proqramları və alətlərindən istifadə bacarıqları
- İT və şəbəkə sistemləri üzrə təcrübəyə sahib olmaq üstünlükdür
- Proqramlaşdırma dilləri (“Python” və s.) üzrə təcrübəyə sahib olmaq üstünlükdür
- Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik
Dil bilikləri:
- İngilis dili – Yaxşı
- Azərbaycan dili – Ana dili
- Rus dili – Yaxşı
- Fərdi bacarıqları Davranışlar
- Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
- Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
- Əməliyyatların keyfiyyətini təmin etmək
- Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək
E-mail: talents@pasha-technology.com
Oxşar vakansiya siyahısı:
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...