Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Cahan Motors Serviz üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dillərinin bilməsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Müştəriləri cəld və gülərüz qarşılamaq;
- Müştərilərə professional xidmət göstərmək;
- Ənənəvi və elmi yolla hərəkət edərək müştərilərin razılığına və loyallığına nail olmaq;
- Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
- Xidmət/ehtiyat hissələrinin qiymətini hesablamaq və işlərin tamamlanma vaxtını bildirmək;
- Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
- Bütün açılan iş kartlarını dəqiq məlumatlarla tamamladıqdan sonra və ya əlavə işlər/ehtiyat hissələri tələb olunarsa, iş kartında dəyişiklik edərək vaxtında Müştərinin yazılı təsdiqini (imza nəzərdə tutulur) almaq;
- Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamaq;
- Xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq və ya üstün gəlmək;
- Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq;
- Müştərilərlə əlaqə saxlayaraq onlara təyinat sistemi və növbəti dövri xidmət barədə qeydləri xatırlatmaq;
- Zənglərə tez və dəqiq cavab vermək və hər bir zəng vuran şəxsin razı qalmasına səy göstərmək;
- Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
Namizədlərə tələblər:
- Yaş: 25-40;
- Ali təhsil (texniki ali təhsilə üstünlük verilir);
- Avtomobil sahəsində iş təcrübəsi (min. 2 il);
- MS Office proqramlarında işləmə bacarığı;
- Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
- Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
- Stres altında işləmə qabiliyyəti;
- Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
- Fəal və işə planlı yanaşma;
- Qərarvermə qabiliyyəti.
Namizədlər hr@cahan.az email adresinə CV göndərə bilərlər.