Qısa məzmun
Ə/h razılaşma yolu ilə. 166 Yükdaşıma və Logistika SƏTƏM üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyətli, ünsiyyətcil və aktiv olmalıdır.
İş barədə məlumat:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi, giriş təlimatlarının aparılması və bu barədə rəhbərliyə, işçilərə məlumat verilməsi və əməl eilməsinə nəzarət edilməsi;
- SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsində köməklik göstərilməsi;
- Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasında iştirak edilməsi;
- İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunun tələblərinə uyğunluğunun təmin edilməsi;
- İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələrin təyin edilməsi, risklərin qiymətləndirilməsi, zəruri tədbirlərin alınmasında iştirak edilməsi və alınan tədbirlərə əməl olunmasına nəzarət edilməsi;
- Müəssissədə baş verə biləcək bədbəxt hadisələrin qarşısını alınması məqsədilə həyata keçirilən profilaktik tədbirlərə nəzarət edilməsi;
- Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
- Gündəlik olaraq şöbə və sahə yoxlamalarının aparılması , uyğunsuzluqların aşkar edilməsi, aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Fövqəladə hallarda fəaliyyət planının işlənib hazırlanması;
- Görülən işlər barədə rəhbərliyə hesabatların verilməsi
Namizədə olan tələblər:
- Ali təhsil (Texniki təhsil arzuolunandır);
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı;
- Məsuliyyətli, ünsiyyətcil və aktiv olmalıdır
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...