Qısa məzmun
Buta Construction SƏTƏM üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Şirkətin etik normalarına uymalıdır.
VƏZİFƏLƏRİ:
- Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda tətbiqi
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasının təşkili
- Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak
- İşə qəbul olumnuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatının keçirilməsi və əməyin mühafizəsi üzrə ortaya çxan məsələlərin aradan qaldırılmasına köməklik göstərilməsi
- Müvafiq qanunvericiliyin və müəssisənin tələblərinin işçilərin nəzərinə çatdırılması;
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak
- Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxması və lazımi ölçülər götürülməsi
- Maliyyə şöbəsinə əməyin mühafizəsinə və illik fəaliyyət planının hazırlanmasına xərclənəcək vəsaitlər üçün müraciət edilməsi;
- İşçiləri tibbi müayinəyə göndərilməsi;
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
- İşçilərin fövqəladə hal zamanı cavab hərəkətləri haqqında təlimat keçirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi
- Birbaşa rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
TƏLƏBLƏR:
- İş planlama və təşkil etmə bacarığı olmalı
- 2-4 ildən artıq bu sahədə iş stajı
- Microsoft Office
- Mexaniki sürət qutusunu idarə etməyi bacarmalı; ( B,BC kateqoriyalı)
Təminatlar:
- Gecələmək üçün yer təminatı;
- Gün ərzində 3 dəfə qidalanma;
- Avtomobil təminatı;
- Əmək haqqı: 1000-1200 AZN;
Ünvan: Daşkəsən rayonu, Çovdar kəndi ( Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan namizədin müraciət etməsi arzu olunandır)
E-mail: hr@butaconstruction.az
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...