Qısa məzmun
Mars Overseas Baku LTD SƏTƏM üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədin vəzifə öhdəlikləri:
- Təhlükəsizliyin yoxlanılması və risk qiymətləndirmələrin aparılması;
- Şirkətin risk qiymətləndirmələrini, təhlükəsizlik əməliyyat prosedurlarını və təhlükəsizlik tələblərini mütəmadi nəzərdən keçirmək və yeniləmək;
- Bütün yeni işçilər və subpodratçılar üçün təhlükəsizlik təlim-tədrisinin aparılması və jurnalda qeydiyyata alınması
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeydlər etmək və dərhal məlumat vermək;
- İşçilərə təhlükəsizlik siyasətinin əhəmiyyətini bildirmək və ona əməl olunmasına nəzarət etmək;
- Təhlükəsizliyə dair yeni və davamlı təlim tələblərini müəyyənləşdirmək, bütün təlimlərin vaxtında nəzərdən keçirilməsinə və təmin edilməsinə nəzarət etmək;
- Hər bir şöbədən SƏTƏM statistikasının toplanması, təşkili və SƏTƏM rəhbərinə birbaşa hesabat verilməsi.
Namizədə tələblər:
- Ali və ya orta texniki təhsil;
- 1-3 ilədək uyğun sahədə iş təcrübəsi
- Azərbaycan dili mükəmməl, İngilis və Rus dili üstünlükdü
- FHN şəhadətnamə və müvafiq SƏTƏM üzrə sertifikatlar
- MS Office yaxşı istifadəçi bacarığı
İş rejimi:
- İş yeri Sulutəpə qəsəbəsi (Pepsi zavodu)
- İş günləri – həftənin 5 günü
- İş qrafiki – 08:00 – 17:00
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “SƏTƏM üzrə kiçik mütəxəssis ” qeyd etməklə göndərə bilərsiniz
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...